CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - saxlanılanlar var

© Photo : State Border Service of AzerbaijanAzərbaycan Respublikasına mənsub sulara icazəsiz daxil olan şəxslər saxlanılıb
Azərbaycan Respublikasına mənsub sulara icazəsiz daxil olan şəxslər saxlanılıb - Sputnik Azərbaycan, 1920, 22.04.2024
Abunə olmaq
Sərhəd axtarışı nəticəsində İran İslam Respublikasına məxsus 2 nəfər heyət üzvü olan layner tipli qayıq saxlanılıb.
BAKI, 22 aprel — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi Xəzər dənizində Azərbaycanın dəniz sərhədini pozan İrana məxsus qayığı saxlayıb.
Bu barədə DSX-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ələt reydində cənuba doğru sürətlə hərəkət edən naməlum üzmə vasitələri müşahidə edilib. Aşkarlanmış hədəfin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb. Sərhəd gözətçi gəmisi tərəfindən aşkar olunmuş hədəfi dayandırmaq məqsədi ilə xəbərdarlıq atəşi açılıb.
Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, sahil nəzarəti bölmələri, o cümlədən Xüsusi Hava Əməliyyatları Qüvvələrinin helikopter və pilotsuz uçuş vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsinin cənub istiqamətində təşkil olunmuş sərhəd axtarışı nəticəsində İran İslam Respublikasına məxsus 2 nəfər heyət üzvü olan layner tipli qayıq saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları 1991-ci il təvəllüdlü Muxtar Əbdi Yalci və 2000-ci il təvəllüdlü Əli Bəhrami Məhhəmməd olduqları, dövlət sərhədini narkotik vasitələri qeyri-qanuni yolla ölkə ərazisinə keçirmək məqsədi ilə pozduqları müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucuları tərəfindən dənizə atılmış 8 ədəd bağlamada 20 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Xəbər lenti
0