Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml: ABŞ-ın nüvə silahı Polşada yerləşdirilsə, Rusiya tədbir görəcək

© AFP 2023 / ALEXANDER NEMENOVKremlə mənzərə
Kremlə mənzərə - Sputnik Azərbaycan, 1920, 22.04.2024
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşa Prezidenti Anjey Dudaya cavab verib.
BAKI, 22 aprel — Sputnik. Rusiya hərbçiləri ABŞ-ın Polşa ərazisində nüvə silahının yerləşdirilməsi halında lazımi tədbirləri görəcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxışı zamanı qeyd edib.
"Hərbçilər, əlbəttə ki, belə planların həyata keçiriləcəyi təqdirdə vəziyyəti təhlil edəcək və hər halda təhlükəsizliyimizi təmin etmək üçün bütün zəruri cavab addımlarını atacaqlar" - Peskov Polşa prezidentinin sözlərinə cavab olaraq vurğulayıb.
Xatırladaq ki, bu yaxınlarda Polşa Prezidenti Anjey Duda "Fakt" qəzetinə müsahibəsində ABŞ-ın nüvə silahlarını Polşada yerləşdirməyə hazır olduğunu bəyan edib. O, bu sözləri Polşanın Şimali Atlantika alyansında ABŞ-ın müttəfiqi olması və blokun şərq cinahının "təhlükəsizliyini gücləndirmək" üçün ümumi siyasət həyata keçirməsi ilə izah edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0