SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Kilsə yaxınlığında gərgin vəziyyət - ermənilər polis səddini aşmağa çalışırlar

© AP Photo / Gaiane YenokianErmənilər, arxiv
Ermənilər, arxiv - Sputnik Azərbaycan, 1920, 22.04.2024
Abunə olmaq
Xüsusi təyinatlılar din xadimlərindən birinə kilsəyə yaxınlaşmağa imkan verməyiblər.
BAKI, 22 aprel — Sputnik. Tavuş rayonunun Voskepar kəndində Surb Astvatsatsin kilsəsinə bitişik ərazidə gərgin vəziyyət hökm sürür. Polis və Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları vətəndaşların kilsəyə yaxınlaşmasına imkan vermir.
İstehkamçılar kilsəyə bitişik ərazidə minaları təmizləmə həyata keçirirlər. Voskepar sakinlərindən biri bildirib ki, ərazi minalardan təmizlənəcək, çünki İrəvanla Bakı arasında razılaşmaya əsasən, bu ərazi Azərbaycana keçəcək.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları təmizlənmiş ərazinin yaxınlığında divar hörüb.
Xüsusi təyinatlılar din xadimlərindən birinə kilsəyə yaxınlaşmağa imkan verməyiblər. Tavuş sakinləri polis səddini keçməyə cəhd ediblər.
Xatırladaq ki, aprelin 19-da dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Ermənistan və Azərbaycanın Tavuş vilayətindən delimitasiyaya başlaması və iyulun 1-nə kimi əsasnamə layihəsinin təsdiqini başa çatdırmaq barədə razılığa gəldiyini açıqlanıb. Həmin gün axşam saatlarından başlayaraq, Tavuşun sərhəd kəndlərinin İrəvanla Bakı arasında razılaşmalardan narazı qalan sakinləri Ermənistan-Gürcüstan dövlətlərarası yolunda etiraz aksiyaları keçirirlər.
Xəbər lenti
0