CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elektron siqaretlər sağlamlığa ciddi təhlükədir! Nazirlik rəsmisi

© Sputnik / Евгений Одиноков / Mediabanka keçidElektron siqaret
Elektron siqaret - Sputnik Azərbaycan, 1920, 22.04.2024
Abunə olmaq
Həmsöhbətimiz bildirib ki, tədqiqatlar elektron siqaretlərin təhlükəli olduğunu və sağlamlığa ciddi zərər yetirdiyi halların artmasını göstərir.
BAKI, 22 aprel — Sputnik. "Siqaret çəkməyə aludəçilik çox vaxt yeniyetmə və gənc yaşlarında baş verir. Yeniyetmələr adətən özlərini böyüklərə oxşatmaq üçün əllərinə siqaret alır, sonra isə onu ata bilmirlər". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev söyləyib. O bildirib ki, gənclər əsasən bekarçılıqdan, bir-birinin bəhsinə siqaret çəkməyə əl atır və getdikcə ona vərdiş edirlər. Əksər hallarda tütündən istifadə nəticəsində sağlamlığa dəyən zərər illər və hətta onilliklər keçdikdən sonra özünü büruzə verir.
© Photo : AZƏRTACSəhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev
Qeyd edək ki, İngiltərədə 2009-cu ildən sonra doğulanlara siqaret satışı ömürlük qadağan edilib. Ölkədə yeni nəslin ömürlük siqaretə çıxışını qadağan edən qanun layihəsi parlamentdə təsdiqlənib. Bununla da, "siqaretdən azad nəsil" yaratmaq təşəbbüsü çərçivəsində 1 yanvar 2009-cu ildən sonra doğulanlara siqaret satışı qadağan edilib. Qanuna görə, 15 yaşı tamam olan uşaqlar ömürləri boyu siqaret ala bilməyəcəklər. Qanun layihəsi İcmalar Palatasında 383 deputatın təsdiqi ilə qəbul edilib, 67 deputat isə qanun layihəsinə qarşı çıxıb.
T.Musayev deyib ki, son illər dünyanın bir sıra ölkələrində tütünçəkməyə qarşı rəsmi səviyyədə sərt tədbirlər görülür:

"Bu tədbirlər əhalinin xüsusən də passiv siqaretçəkmədən xilas olunmasına yönəldilib. Azərbaycanda da tütünçəkmənin məhdudlaşdırılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların, yeniyetmələrin və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası məqsədini daşıyır".

O, bildirib ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı Maddəsinin (Tütündən istifadənin nəticələrindən qorunma sahəsində fiziki və hüquqi şəxslərin hüquq və vəzifələri) 6.2.2-ci bəndində uşaqlarda və gənclərdə tütün istifadəsinə mənfi münasibət formalaşmasının, habelə onların tütün istifadəsi prosesinə cəlb edilməsinin yolverilməzliyi qeyd olunub.
Həmin Qanunun 13-cü Maddəsi yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışını və onların tütündən istifadə etməsini qadağan edir, o cümlədən 13.1.-ci bəndə görə yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı və ya satış məqsədi olmadan verilməsi, habelə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır; 13.2.-ci bəndə görə tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edir; 13.3.-cü bəndə görə alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmirsə, satıcı tütün məmulatını alıcıya satmaqdan imtina edir; 13.4.-cü bəndə görə yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə verilmir.
Eləcə də, Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 212.3.-cü maddəsinə görə, yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi - yüz manat məbləğində cəriməni nəzərdə tutur; 455.2.-ci maddəsinə görə etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılması yüz manat məbləğində cərimə nəzərdə tutur.
© Sputnik / Murad OrujovSiqaret, arxiv
Акциз на сигареты - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Siqaret, arxiv
"Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində, uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplərdən biri kimi, uşaqların tütün məmulatlarının təbliğinin yolverilməzliyi qeyd edilib.
Həmçinin "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununun 5.7.1-ci maddəsi ilə 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məqsədi ilə onlara tütün məmulatlarının, spirtli və energetik içkilərin satışına yol verilmir.
"Tütün və tütün məmulatı haqqında" Qanunun 15.5.-ci maddəsinə görə tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir.
"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsi ilə uşağın həyatı və sağlamlığının mühafizəsi hüququ tütün məmulatlarının uşaqlara satılması qadağandır.
Bununla belə, T.Musayev siqaretə erkən yaşda aludəçilik hallarına rast gəlindiyini də söyləyib. Bildirib ki, yandırılmış siqaret ətrafa yayılan tüstü mənbəyidir.
Onun sözlərinə görə, böyüklərdə olduğu kimi, siqaret çəkən və tütün tüstüsü ilə nəfəs alan uşaq və yeniyetmələr də eyni dərəcədə təhlükəyə məruz qalırlar. İnkişaf edən orqanizm üçün tütün tüstüsü daha ağır nəticələrə gətirib çıxara bilər:

"Sübut edilib ki, tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə mövcuddur, bunlardan 250-si xüsusi təhlükəli zəhərli maddə və 70-si xərçəng xəstəliyi yaradan madə hesab edilir. Tütün tüstüsünün qəbulu uşaqlarda bir çox ciddi xəstəliklərin yaranmasına və artıq mövcud olan xəstəliklərin (məsələn, astmanın) ağırlaşmasına gətirib çıxarır, onların həyat və sağlamlıqlarını ciddi təhlükə ilə üzləşdirir".

Həmsöhbətimiz onu da bildirib ki, tədqiqatlar elektron siqaretlərin təhlükəli olduğunu və sağlamlığa ciddi zərər yetirdiyi halların artmasını nümayiş etdirir.
"Hazırkı tendensiyalar göstərir ki, hətta heç vaxt çəkməyən yeniyetmələrlər belə aldadıcı məhsulların istifadəsinə başlayır, sonra asanlıqla siqaret və digər tütün məmulatlarının istifadəsinə keçir və beləliklə müxtəlif tütünçəkmə üsullarından istifadə edirlər. Eləcə də, uşaq və yeniyetmələri tütün məmulatlarının dolayı reklamı, sponsorluğu və satışın stimullaşdırılmasından qorumaq olduqca vacibdir. Gənc nəsli marketlərdəki tütün məmulatları yerləşən rəflərin həvəsləndirici təsirindən qorumaq üçün pərakəndə satış yerlərində tütün məmulatlarının görünüşü tam qadağan edilməlidir. Həmçinin tütün məmulatlarının hər bir qutusunda şəkilli xəbərdarlıqların əks olunması da əhəmiyyətlidir" - şöbə müdiri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Elektron siqaretlərin satışı - Sputnik Azərbaycan, 1920, 05.02.2024
CƏMİYYƏT
Elektron siqaret xəbərdarlığı - Uşaqlar toksiki təsirə məruz qalır - Video
Xəbər lenti
0