Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiya 2024-cü ildə Aİİ hüdudlarından kənara taxıl ixracı üçün əlavə kvota müəyyən edib

© AFP 2023 / ASAAD NIAZIBuğda, arxiv
Buğda, arxiv - Sputnik Azərbaycan, 1920, 21.04.2024
Abunə olmaq
Azərbaycan 2023-cü ildə Rusiya Federasiyasından buğda idxalının həcmi 1,1 milyon tona çatıb.
BAKI, 21 aprel - Sputnik. Rusiya hökuməti Avrasiya İqtisadi İttifaqından (Aİİ) kənara Rusiyadan taxıl məhsullarının ixracı üçün kvotanın 5 milyon ton həcmində əlavə hissəsini müəyyən edib. Bu barədə müvafiq qərarı Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin imzalayıb. Rusiya Nazirlər Kabinetinin saytındakı məlumata görə, bu tədbir kənd təsərrüfatı istehsalçılarına dəstək məqsədi daşıyır.

“2023-cü ildə rekord taxıl məhsulu əldə olunmasını və bu cür məhsulların daxili bazarda kifayət qədər tədarükünü nəzərə alaraq, fermerlər öz məhsullarını xaricə əlavə tədarük edə biləcəklər”, - məliumatda bildirilir.

O da qeyd olunur ki, buğda, meslin, arpa, çovdar və qarğıdalı ixracına kvotanın əlavə hissəsi 5 milyon ton təşkil edəcək.
Onun həcmi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xarici ticarət fəaliyyətinin iştirakçıları arasında bölüşdürüləcək.
Kvota 30 iyun 2024-cü il daxil olmaqla etibarlı olacaq. Əvvəllər hökumət kvotanın əsas hissəsini fevralın 15-dən iyunun 30-dək olan dövr üçün 24 milyon ton həcmində müəyyən etmişdi. Taxılın ixrac kvotası mexanizmi daxili taxıl bazarı ilə bu məhsulların tədarükü arasında optimal balansı saxlamağa imkan verir.

“Kvota çərçivəsində taxıl ixracına üzən rüsum tətbiq edilir, kvotadan kənar qiymət vəziyyətindən asılı olaraq hər il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilən maneə rüsumu mövcuddur”, - Nazirlər Kabinetinin saytında bildirilir.

Qeyd edək ki, Azərbaycan 2023-cü ildə Rusiya Federasiyasından buğda idxalını 0,9% artıraraq 1,1 milyon tona çatdırıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Rusiya Azərbaycana 250 milyon dollardan çox taxıl tədarük edib.
Bundan əlavə, ötən ildə Azərbaycan Qazaxıstandan 51,7 milyon dollar dəyərində 152,4 min ton buğda idxal edib.
Azərbaycana tədarük olunan buğdanın 87%-i Rusiyanın, 13%-i isə Qazaxıstanın payına düşüb.
Xatırladaq ki, Azərbaycan 2023-cü ildə 1 milyon 175 min ton buğda idxal edib ki, bu da 2022-ci ilin göstəricisindən 9 faizdən çox azdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan hansı AİB ölkələrindən buğda alır? - Sputnik Azərbaycan, 1920, 28.03.2024
İNFOQRAFİKA
Azərbaycan Aİİ-nin hansı ölkələrindən buğda alır?
Xəbər lenti
0