SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Putinlə görüşmək üçün Rusiyaya səfər edəcək

© Sputnik / POOL / Mediabanka keçidİlham Əliyev və Vladimir Putin görüş zamanı, arxiv
İlham Əliyev və Vladimir Putin görüş zamanı, arxiv - Sputnik Azərbaycan, 1920, 19.04.2024
Abunə olmaq
Prezidentlər həm də Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amur magistralının tikintisinin veteranları ilə görüşəcəklər.
BAKI, 19 aprel — Sputnik. Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev aprelin 22-də Moskvada danışıqlar aparacaqlar. Kremlin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan lideri Rusiya Federasiyasında işgüzar səfərdə olacaq.
"Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərinin nəzərdən keçirilməsi, o cümlədən aktual regional məsələlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır" - Rusiya Federasiyası Prezidentinin mətbuat xidməti xəbər verir.
Prezidentlər Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amur magistralının tikintisinin veteranları ilə görüşəcəklər. Bu barədə Kremlin bəyanatında deyilir.
Xəbər lenti
0