Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

XİN: Rusiya ilə Çin arasındakı münasibətlər, başqalarına qarşı yönəlməyib

© Sputnik / Виталий БелоусовRusiya və Çin bayraqları, arxiv
Rusiya və Çin bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Abunə olmaq
Rusiya Federasiyası ilə ÇXR arasında əməkdaşlığın ölkələrin ikitərəfli münasibətlərinin və strateji qarşılıqlı fəaliyyətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.
BAKI, 18 aprel — Sputnik. Moskva ilə Pekin arasında münasibətlər Yaponiyanın Qərb ölkələri ilə münasibətlərindən fərqli olaraq üçüncü ölkələrə qarşı yönəlməyib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Bundan əvvəl Yaponiya Xarici İşlər Nazirliyi illik hesabat dərc edib və orada Moskva ilə Pekin arasında hərbi sahədə əməkdaşlıqdan narahatlığını ifadə edib.

"Moskva və Pekin arasında əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib. Rusiya və Çin silahlı qüvvələri arasında sıx əlaqələr dərin qarşılıqlı etimada, xüsusi xarakterə və görünməmiş yüksək səviyyəli dövlətlərarası münasibətlərə əsaslanır", - Zaxarova bildirib.

© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidRusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
O, Rusiya Federasiyası ilə ÇXR arasında əməkdaşlığın ölkələrin ikitərəfli münasibətlərinin və strateji qarşılıqlı fəaliyyətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Bundan əlavə, Zaxarova qeyd edib ki, ölkələr arasında əməkdaşlıq bloklaşma və ya konfrantasiya xarakterli deyil.
Yaponiya Xarici İşlər Nazirliyinin hesabatına cavab olaraq o, Tokiodan soruşub ki, onun digər ölkələrlə əməkdaşlığı belə təqdim oluna bilərmi?
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib:

"Biz Yaponiyanın sərhədlərimiz yaxınlığında təkcə ABŞ-ın deyil, həm də NATO-nun iştirakı ilə hərbi təlim fəaliyyətinin artmasına nəzarət etməyə məcburuq".

Diplomat vurğulayıb ki, Rusiya Çin və ya digər ölkələrlə münasibətlərində nə ictimai ritorika səviyyəsində, nə də əməli fəaliyyətində digər ölkələrə qarşı mübarizə aparmaq və ya "strateji məğlubiyyətlər" vermək vəzifəsi qoymayıb. O, əlavə edib ki, bu, Rusiyanı kollektiv Qərbdən fərqləndirir və hətta Yaponiya ilə də əlaqələri inkişaf etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0