Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA Avropa Liqasının yarımfinalçıları bu gecə bəlli olacaq

© AFP 2023 / YASIN AKGULFutbol, arxiv
Futbol, arxiv - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Abunə olmaq
İtaliyanın digər təmsilçisi "Atalanta" İngiltərədə məğlub etdiyi (3:0) "Liverpul"u bu dəfə doğma meydanda qəbul edəcək.
BAKI, 18 aprel — Sputnik. Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları baş tutacaq. Günün ən maraqla gözlənilən görüşlərindən biri İtaliyada baş tutacaq. Bu ölkənin iki komandası – "Roma" və "Milan"ın üz-üzə gələcəyi görüş saat 23:00-da start götürəcək. İlk matçda paytaxt klubu 1:0 hesabı ilə qalib gəlib.
İtaliyanın digər təmsilçisi "Atalanta" İngiltərədə məğlub etdiyi (3:0) "Liverpul"u bu dəfə doğma meydanda qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
1/4 finalın digər oyunları
23:00. "Vest Hem" (İngiltərə) – "Bayer 04" (Almaniya)
İlk oyun - 0:2.
23:00. "Marsel" (Fransa) – "Benfika" (Portuqaliya)
İlk oyun - 1:2.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0