Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Rusiya kontingentinin bölgədə qalaraq görəcəyi bir iş də yox idi - Hərbi ekspert

© Sputnik / Vladimir Popov / Mediabanka keçidRusiya sülhməramlıları, arxiv
Rusiya sülhməramlıları, arxiv - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Abunə olmaq
Hərbi ekspert deyir ki, Rusiya kontingetinin vaxtından 15 ay əvvəl çıxarılması prosesi həyata keçirilir, prosesin sentyabrın sonuna qədər başa çatması gözlənilir
BAKI, 18 aprel — Sputnik. Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazisinə münaqişə vəziyyətindəki tərəflər arasında atəşkəs rejiminə nəzarət etmək məqsədilə yeridilmişdi və bu artıq dördüncü il idi ki, bu fəaliyyət davam edirdi. Bunu Sputnik Azərbaycan-a Rusiya sülhməramlı kontingentinin bölgəni tərk etməsini şərh edərkən hərbi ekspert Ədalət Verdiyev deyib.
© Photo : Courtesy of Adalyat VerdievƏdalət Verdiyev
Ədalət Verdiyev - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Ədalət Verdiyev
Hərbi ekspert bildirib ki, sentyabr ayında keçirilən anti-terror əməliyyatları nəticəsində Azərbaycan münaqişə tərəfi hesab edilən separatçıları ərazilərdən təmizlədi:

"Halbuki bu fəaliyyətləri Ermənistan öhdəlik olaraq üzərinə götürmüşdü. Ermənistanın bu öhdəliyini Azərbaycan öz imkanları hesabına yerinə yetirdikdən sonra ərazilərimizdə müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin fəaliyyət çərçivəsi də məhdudlaşdı. Artıq erməni tərəfi bölgədə olmadığına görə qarşı tərəf anlayışı və atəşkəsi pozacaq qüvvə də yoxdur. Odur ki, Rusiya kontingetinin vaxtından 15 ay əvvəl çıxarılması prosesi həyata keçirilir. Artıq bilindiyi kimi, hər iki ölkənin ali rəhbərliyi tərəfindən bu proses razılaşdırılıb".

Hərbi ekspert onu da deyir ki, Rusiya kontingentinin bölgədə qalaraq görəcəyi bir iş də yox idi:

"Kontingentin böyük bir hissəsi Xocalı aeroportu ərazisində yerləşmişdi. Xocalı aeroportu bölgədə strateji əhəmiyyətə malikdir və onun Azərbaycanın nəzarətinə keçməsi önəmlidir. Anti-terror əməliyyatı və ondan sonrakı dövrdə Rusiya sülhməramlı kontingenti və Azərbaycan tərəfi arasında heç bir fikir ayrılıqları olmayıb. Maraqlıdır ki, bəziləri Rusiya kontingentinin Azərbaycan ərazilərini tərk etməsinin böyük kataklizmlər vəd etdiyini deyirdi. Bu proqnozlar suya düşüb. Təxminən 27 zirehli transportyor (BTR-82), 16 yük maşını və şəxsi heyətin Azərbaycan ərazilərini tərk etmə prosesi başlayıb. Prosesin sentyabrın sonuna qədər başa çatması gözlənilir".

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.

"2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər" - H.Hacıyev bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
sülhməramlılar - Sputnik Azərbaycan, 1920, 13.02.2024
SİYASƏT
XİN Rusiya səfirinin sülhməramlılarla bağlı fikrinə münasibət bildirib
Xəbər lenti
0