Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb nüvə şantajı ilə məşğuldur - Rusiya XİN

© Sputnik / Сергей ГунеевMariya Zaxarova
Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Abunə olmaq
Rusiya XİN rəsmisi bildirib ki, Qərb ölkələri özləri də fərqinə varmadan, Zaporojye AES-ə nəzarəti təhvil verin, ukraynalılar onu atəşə tutmağı dayandıracaqlar deyirlər.
BAKI, 18 aprel — Sputnik. BMT Təhlükəsizlik Şurasının Zaporojye AES-ə hücumlara həsr olunmuş iclasında stansiyaya nəzarətin Kiyevə verilməsinin vacibliyini bəyan edən Qərb ölkələri əslində nüvə şantajı ilə məşğul olurlar. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Aprelin 15-də Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına hücumları ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən brifinq keçirilib. Bu brifinq açıq şəkildə nümayiş etdirdi ki, ABŞ başda olmaqla kollektiv Qərb Kiyev rejiminin Zaporojye Atom Elektrik Stansiyasına qarşı törətdiyi istənilən cinayətə göz yumaraq, Ukrayna ətrafında qondarma görüntü yaratmağa davam edir" -Zaxarova deyib.

"Özləri də fərqinə varmadan, Zaporojye AES-ə nəzarəti təhvil verin, onu atəşə tutmağı dayandıracaqlar deyirlər. Onlar nəinki açıq şəkildə Ukraynanın stansiyanın təhlükəsizliyinə təhdid mənbəyi olduğunu etiraf ediblər, həm də faktiki olaraq bu obyektə təhlükəli hücumlarda şərik olduqlarını təsdiq ediblər. Bununla da nüvə şantajı ilə məşğul olduqlarını təsdiq ediblər" -Zaxarova vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0