Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Politoloq Fransanın Azərbaycandakı səfirini geri çağırmasının səbəbi barədə

Abunə olmaq
Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Bu qərarın niyə verildiyini öyrənmək üçün videomuza baxın.
Fransa yeni geosiyasi reallıqları qəbul etmir. Bunun səbəblərindən biri də Cənubi Qafqazda geosiyasi oyunçu olmaq istəyidir. Bunu "Sputnik Azərbaycan"a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
"İkinci səbəb Fransanın siyasi isteblişmentinə böyük təsir göstərən erməni lobbisinin fəaliyyətidir ki, Makron ölkədəki narazılıqlar və mitinqlər zamanı ona dəstək verən erməni lobbisinə olan borcunu qaytarmaq istəyir", – Hüseynov qeyd edib.
Politoloq vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında 44 günlük müharibədən sonra Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşıb, Rusiya və Türkiyənin mövqeləri möhkəmlənib.
"Fransa təxribat xarakterli hərəkətləri ilə Moskva və Ankaranın maraqlarına xələl gətirmək, habelə Rusiya ilə yeni qarşıdurma cəbhəsi açmaq istəyir", - Hüseynov sözünü yekunlaşdırıb.
Xəbər lenti
0