Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Ermənistanın icma rəhbərləri də delimitasiya prosesinə cəlb olunacaq - Paşinyan açıqladı

© AP Photo / Michael SohnNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Abunə olmaq
Baş nazir onu da qeyd edib ki, hazırda Kirants və Berkaber kəndlərində təhlükəsizliyin təmin edilməsi zərurəti ilə əlaqədar müəyyən gərginlik var.
BAKI, 18 aprel — Sputnik. Gələn həftədən başlayaraq Tavuş kəndlərinin administrasiyalarının rəhbərləri Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası üzrə komissiyaların işinə cəlb olunacaqlar. Bunu dünən Ermənistanın baş naziri Nikol Paşinyan Kirants kəndinin sakinləri ilə görüşündə deyib.
Paşinyan yerli icmaların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması və sərhədlərin demarkasiyası və delimitasiyası üzrə komissiyaların işinə administrasiya rəhbərlərinin daxil edilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.

"Gələn həftədən etibarən icmaların rəhbərləri prosesdə iştirak edəcək və arqumentlərini əhaliyə təqdim edəcəklər", - deyə Paşinyan bildirib.

Baş nazir onu da qeyd edib ki, hazırda Kirants və Berkaber kəndlərində təhlükəsizliyin təmin edilməsi zərurəti ilə əlaqədar müəyyən gərginlik var.
Xatırladaq ki, martın 9-da Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin mətbuat xidmətindən verilən açıqlamada bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir.
Ermənistan baş nazirinin müavini Qriqoryan və onun azərbaycanlı həmkarı Şahin Mustafayev iki ölkənin sərhəd zonasının müxtəlif yerlərində vaxtaşırı görüşlər keçirən sərhədlərin delimitasiyası məsələləri üzrə birgə işçi qrupuna rəhbərlik edirlər. Bundan əvvəlki görüş martın 7-də baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0