CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bığlarımıza görə bizə "Avroviziya"nın ataları" deyirlər"

© Photo : Social media page of FahreeFəxri İsmayılov və İlkin Dövlətov
Fəxri İsmayılov və İlkin Dövlətov - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Abunə olmaq
Püşkatma nəticəsində Azərbaycan təmsilçiləri bu il 1-ci yarımfinalda çıxış edəcək.
BAKI, 18 aprel — Sputnik. Bu il Azərbaycanı "Avroviziya-2024" beynəxalq mahnı müsabiqəsində təmsil edəcək müğənnilər - Fəxri İsmayılov (Fahree) və İlkin Dövlətov 525.az-a müsahibə veriblər.
Sputnik Azərbaycan xəbər verir ki, İlkin Dövlətov "Bəs sizin haqqınızda Avropada nə danışırlar?" sualına belə cavab verib:

"Avropada bizə "Avroviziya"nın ataları" deyirlər. Bığlarımıza görə".

Fəxri İsmayılov isə bunları deyib: "Avroviziya"da uğur qazansaq da, qazanmasaq da, artıq bizim ifamız sevilib:
"Həmişə intuisiyama güvənmişəm. Bu dəfə də intuisiyam gözəl şeylər olacağını pıçıldayır".
Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq.
Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə təmsilçilərimiz "Özünlə apar" mahnısını ifa edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0