CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb - VİDEO

© AFP 2023 / GENT SHKULLAKUOğru
Oğru - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Abunə olmaq
Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.
BAKI, 18 aprel — Sputnik. Bakının Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 8000 manat dəyərində spirtli içki oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən paytaxt sakini əvvəllər oğurluq, soyğunçuluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Rasim Abdullayev saxlanılıb.
R.Abdullayevin Bakı şəhərində analoji cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır.
Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0