Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı rəssam Milanda nüfuzlu beynəlxalq incəsənət mükafatına layiq görülüb

© Photo : Courtesy of Margarita Kerimova-SokolovaMarqarita Kərimova-Sokolova
Marqarita Kərimova-Sokolova - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Abunə olmaq
Rəssam qeyd edib ki, “Feeling and Reason” əsəri mükafat təşkilatçılarının beynəlxalq kataloquna daxil edilib.
BAKI, 18 aprel — Sputnik. Milanda azərbaycanlı rəssam Marqarita Kərimova-Sokolova nüfuzlu beynəlxalq “Leonardo da Vinçi” incəsənət mükafatına layiq görülüb. Mükafatlandırma mərasimi “Leonardo da Vinçi” Milli Elm və Texnologiya Muzeyində baş tutub. Bu barədə rəssam Sputnik Azərbaycan-a məlumat verib

“Tədbirdə müxtəlif ölkələrdən rəssamlar iştirak edib. Mən 30 ildir ki, Almaniyada yaşayıram və bu illər ərzində bir çox nüfuzlu mükafatlara layiq görülmüşəm, lakin bu mükafat mənim üçün xüsusilə əhəmiyyətlidir. Mükafatı təqdim etmək üçün səhnəyə dəvət olunanda göz yaşlarımı saxlaya bilmədim. Əməyimə verdiyi yüksək qiymətə görə layihənin təşkilatçılarına minnətdaram”, - Kərimova bildirib.

O, qeyd edib ki, onun “Feeling and Reason” əsəri mükafat təşkilatçılarının beynəlxalq kataloquna daxil edilib.
Beynəlxalq “Leonardo da Vinçi” mükafatı 1975-ci ildə təsis edilib və hər il elm, texnologiya, ədəbiyyat və incəsənət sahələrində yüksək nailiyyətlərə görə istedadlı şəxslərə təqdim olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0