Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülür?

Abunə olmaq
Ötən il Rusiya Federasiyasından Azərbaycana pul köçürmələri 2022-ci illə müqayisədə 2,8 dəfə azalıb. Ölkəyə pul köçürmələri haqqında daha ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
2023-cü ildə ən çox fiziki şəxslər Rusiyadan Azərbaycana xeyli pul köçürüblər - ümumilikdə 1,047 milyard dollar göndərilib.
Ötən il Rusiya Federasiyasından Azərbaycana pul köçürmələri 2022-ci illə müqayisədə 2,8 dəfə azalıb.
İl ərzində Rusiyadan respublikaya pul köçürmələrinin ümumi həcmində payı 82%-dən 63,3%-ə qədər azalıb.
Bundan əlavə, 2023-cü ildə Azərbaycana Türkiyədən 164 milyon dollar, ABŞ-dan 73,8 milyon dollar, Gürcüstandan 37,5 milyon dollar, İngiltərədən isə 33,2 milyon dollar vəsait köçürülüb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2023-cü ildə Azərbaycandan Rusiyaya 74,1 milyon dollar köçürülüb ki, bu da 2022-ci illə müqayisədə 21,9% azdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0