CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çingiz Abdullayev xəstəxanadan evə buraxılıb

© Sputnik / Murad OrujovXalq yazıçısı Çingiz Abdullayev
Xalq yazıçısı Çingiz Abdullayev - Sputnik Azərbaycan, 1920, 17.04.2024
Abunə olmaq
Ç.Abdullayev bir neçə gün əvvəl zəhərlənmişdi.
BAKI, 17 aprel - Sputnik. Xalq yazıçısı Çingiz Abdullayev bu gün xəstəxanadan evə buraxılıb.
Bu barədə Mərkəzi Gömrük Hospitalından bildirilib.
Qeyd edilib ki, 6 aprel 2024-cü il tarixində səhər saat 3 radələrində səhhətində yaranmış problemlə bağlı Mərkəzi Gömrük Hospitalına daxil olmuş Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev sağalaraq bu gün evə yazılıb.
13.04.24
Səhhətində yaranan problemə görə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti yaxşılaşıb.
Bu barədə “Report”a onun yaxınları məlumat verib.
Bildirilib ki, Ç.Abdullayevin həyatı üçün təhlükə sovuşub, durumu sabitləşib. Hazırda Xalq yazıçısının müalicəsi xəstəxana şəraitində davam etdirilir.
Qeyd edək ki, Ç.Abdullayev bir neçə gün əvvəl zəhərlənib. O, xəstəxana şəraitində müalicə alaraq evə buraxılmışdı. Xalq yazıçısı səhhətində problem yarandığından yenidən hospitala yerləşdirilib.
Xatırladaq ki, Ç.Abdullayev 1959-cu il aprelin 7-də anadan olub. 2005-ci ildə Xalq yazıçısı adına layiq görülüb.
Xəbər lenti
0