Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Moskva Dövlət Universitetinin Bakı filialı abituriyentləri "Açıq qapı" gününə dəvət edir

© AFP 2023 / FRED DUFOURtələbə
tələbə - Sputnik Azərbaycan, 1920, 17.04.2024
Abunə olmaq
Tədbir bitdikdən sonra (15:30) universitetin kampusuna ekskursiya təşkil ediləcək.
BAKI, 17 aprel — Sputnik. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı abituriyentləri "Açıq qapı" gününə dəvət edir.
Bu barədə MDU-nun Bakı filialından məlumat verilib.
"Açıq qapı" günü abituriyentlər:
- 2024/2025-ci tədris ili üçün MDU-nun filialına qəbulun şərtləri və qaydaları ilə tanış olacaq;
- filialın Filologiya, Tətbiqi-riyaziyyat, Kimya, Psixologiya, İqtisadiyyat və Fizika fakültələrində bakalavr və magistr səviyyələrində tədrislə bağlı hərtərəfli məlumat alacaq;
- qəbul imtahanlarına hazırlaşmaq üçün lazım olan materialları əldə edə biləcəklər.
Abituriyentlər üçün həm də filialın fakültələrini təmsil edən moskvalı professor-müəllim heyəti ilə görüş təşkil ediləcək.
"Açıq qapı" günü aprelin 27-də saat 14:00-da təşkil olunacaq.
Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 133 (metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığı).
Tədbir bitdikdən sonra (15:30) universitetinin kampusuna ekskursiya təşkil ediləcək.
Əlaqə telefonu: (012) 598 93 32
Xəbər lenti
0