DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ və Türkiyə rəsmiləri Azərbaycanla Ermənistanın arasını düzəltməyə çalışırlar

© iStock.com / Vladimir ZotovAzərbaycan və Ermənistan bayraqları
Azərbaycan və Ermənistan bayraqları - Sputnik Azərbaycan, 1920, 16.04.2024
Abunə olmaq
Tərəflər Rusiya ilə Ukrayna arasında davam edən müharibə və İsrail-İran gərginliyi haqqında da fikir mübadiləsi aparıblar.
BAKI, 16 aprel - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri, səfir Akif Çağatay Kılıç ABŞ dövlət katibinin müavini Con Bassla görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib.
“Anadolu” agentliyinin yaydığı xəbərə görə, Prezident İqamətgahında keçirilən görüşdə, həmçinin Ankara ilə Vaşinqton arasındakı ikitərəfli əlaqələr barədə danışılıb.
Bundan başqa, tərəflər Rusiya ilə Ukrayna arasında davam edən müharibə və İsrail-İran gərginliyi haqqında da fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, C.Bass Türkiyədə səfərdədir.
Xəbər lenti
0