CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 15 aprel – FOTO

© Sputnik / Elnur Salayev15 aprel
15 aprel - Sputnik Azərbaycan, 1920, 15.04.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 15 aprel — Sputnik. Aprelin 15-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 15-də kimlər dünyaya gəlib?
Leonardo da Vinçi (1452-1519) - italyan rəssam və alim, Yüksək İntibah dövrü sənətinin ən böyük nümayəndələrindən biridir.
© Photo : Public DomenLeonardo da Vinçi
Leonardo da Vinçi - Sputnik Azərbaycan, 1920, 10.04.2024
Leonardo da Vinçi
Nikolay Qumilyov (1886-1921) - rusiyalı şair, akmeizm məktəbinin yaradıcısı və səyyahdır. O, 1909 və 1913-cü illərdə şərqi və şimal-şərqi Afrikaya iki ekspedisiya həyata keçirib.
Emma Uotson (1990) - İngiltərənin kino aktrisası və modelidir. O, Harri Potter filmlərindəki Hermiona Qreyncer rolu ilə şöhrət qazanıb. Bu layihədə iştirak aktrisaya bir çox mükafat, həmçinin 10 milyon funt-sterlinqdən çox pul qazandırıb.
Актриса Эмма Уотсон во время съемок для календаря 2020 Pirelli - Sputnik Azərbaycan, 1920, 10.04.2024
Emma Uotson
Meysi Uilyams (1997) - İngiltərə aktrisasıdır. O, "Taxt-tac oyunları" serialındakı Arya Stark rolu ilə şöhrət qazanıb.
Aprelin 15-də dünyada baş verən tarixi hadisələr
1924-cü ildə ABŞ-da dünyanın ilk avtomobil yolları xəritəsi nəşr olunub.
1935-ci ildə Vaşinqtonda Şimali və Cənubi Amerikanın 21 ölkəsinin nümayəndələri beynəlxalq müqavilənin ideya müəllifi və təşəbbüskarı, görkəmli rusiyalı rəssamı və filosofu Rerixin şərəfinə "Rerix paktı" kimi tanınan Bədii və Elmi Müəssisələrin və Tarixi Abidələrin Mühafizəsi haqqında müqavilə imzalayıblar.
1951-ci ildə Londonda ilk "Dünya gözəli" müsabiqəsi keçirilib.
1992-ci ildə ekoloji biliklərin yayılması, əhali arasında eko-mədəniyyətinin inkişaf etdirilməsi, ekoloji təhlükəsizlik sahəsində həyata keçirilən işlər və ətraf mühitin vəziyyəti barədə ictimaiyyətin məlumatlandırılması məqsədi ilə Ekoloji Bilik Günü təsis edilib.
Xəbər lenti
0