DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstanda daşqınlara görə təxliyə edilənlərin sayı 108 mini keçib

© AFP 2023 / EVGENIY LUKYANOVQazaxıstanda daşqınlar, arxiv
Qazaxıstanda daşqınlar, arxiv - Sputnik Azərbaycan, 1920, 15.04.2024
Abunə olmaq
Mart ayında başlayan daşqınlar səbəbindən Qazaxıstanın 8 regionunda yerli səviyyədə fövqəladə vəziyyət elan olunub.
BAKI, 15 aprel — Sputnik. Qazaxıstanda daşqınlar başlayandan bəri 38706 uşaq daxil olmaqla 108200 insan təxliyə edilib.
Qazaxıstan KİV-ləri bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 5411 fərdi yaşayış binası və 1607 həyətyanı sahə su altındadır.
Qeyd edilib ki, 12 minə yaxın insan öz evlərinə qayıdıb.
Xatırladaq ki, mart ayında başlayan daşqınlar səbəbindən Qazaxıstanın 8 regionunda yerli səviyyədə fövqəladə vəziyyət elan olunub. Xilasetmə işlərinə 35 mindən çox insan, 4 min texnika və 17 təyyarə cəlb olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0