DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrail İrana raket zərbəsi endirib

© Iranian Army office / AFPİran PUA-ları
İran PUA-ları - Sputnik Azərbaycan, 1920, 19.04.2024
Abunə olmaq
Partlayış vilayətin şimal-şərqində, İsfahan beynəlxalq hava limanı və ordunun hərbi hava qüvvələri bazası yaxınlığında baş verə bilərdi.
BAKI, 19 aprel - Sputnik. İsrail İrandakı obyektə raket zərbəsi endirib.
Bu barədə ABC telekanalı amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Bununla belə, rəsmi Suriya və İraqdakı hədəflərin də hədəf olub-olmadığını təsdiqləməyib.
"Fars" agentliyinin məlumatına görə, İranın mərkəzində yerləşən İsfahan əyalətində partlayış baş verib. Məlumata görə, partlayış vilayətin şimal-şərqində, İsfahan beynəlxalq hava limanı və ordunun hərbi hava qüvvələri bazası yaxınlığında baş verə bilərdi. Hadisənin səbəbləri müəyyənləşdirilir.
Bundan başqa İsfahan, Şiraz və Tehran şəhərləri üzərində uçuşlar dayandırılıb.
Qeyd edək ki, aprelin 13-də axşam İran İsrailə pilotsuz təyyarələr və raketlər ataraq, bunu "çoxsaylı cinayətlərə", o cümlədən İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə edilən hücuma cavab adlandırıb. Tehran konsulluğun hücuma məruz qaldığı sırf hərbi obyektlərə hücum etdiyini vurğulayıb.
14.04.24, 11:24
İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib
“İranın İsrailə qarşı əməliyyatı başa çatıb”.
“Report” xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib.
“Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə, gələcəkdə də hərəkətə keçməyə hazırdır”, - deyə o qeyd edib.
Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ordu yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib.
***
İsrail Müdafiə Ordusunun komandanlığı İrandan raket və pilotsuz təyyarələrin kütləvi hücumundan sonra sakinlərə sığınacaqları tərk etməyə icazə verib.
Bu barədə "Times of Israel" qəzeti yazıb.
Məlumata görə, hərbçilər qeyd ediblər ki, mülki vətəndaşların artıq mühafizə olunan yerlərdə olmasına ehtiyac duyulmur. Eyni zamanda, hər hansı kütləvi və maarifləndirici tədbirlərə məhdudiyyətlərin hələ də qüvvədə olduğu bildirilir.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirmişdi ki, İran öz ərazisindən İsrailə doğru pilotsuz təyyarələr atıb. Ordu yüksək hazırlıq vəziyyətindədir və bütün hədəfləri izləyir. Daha sonra İsrail ordusu İrandan raket buraxılışlarını da qeydə aldığını bəyan edib. İslam İnqilabı Keşikçiləri Korpusu (İran silahlı qüvvələrinin elit bölmələri) pilotsuz təyyarələr və raketlərdən istifadə etməklə İsrailə qarşı kütləvi hücumu təsdiqləyib.
***
ABŞ-nin hərbi qüvvələri İranın İsrailə doğru uçan bir neçə dronunu vurub.
Bu barədə ABC məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib.
***
İranın silahlı qüvvələri növbəti dəfə İsrailə PUA-larla hücum edib.
İsrail mediasının yaydığı məlumata görə, pilotsuz təyyarələr İraqın İranla sərhəddə yerləşən Maysan əyaləti üzərində uçuşlar həyata keçirir.
Daha əvvəl bildirilmişdi ki, onlarla İran pilotsuz təyyarəsi İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçur. İrandan buraxılan döyüş başlıqları daşıyan pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib.
***
İran İsrailə ballistik raketlər atıb.
Bu barədə İRNA agentliyi mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, zərbələr üçün hədəflər İsrail ərazisinin dərinliklərində yerləşir.
Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib.
***
İran İsrailə doğru onlarla pilotsuz uçan aparat atıb. Bu barədə yerli KİV-lər yazıb.
"İran İsrailə pilotsuz təyyarələrlə zərbə endirib" - KAN radiosu bildirib.
Bundan əvvəl “Al Jazeera” ABŞ administrasiyasının nümayəndəsinə istinadən xəbər vermişdi ki, İran aprelin 14-də səhər saatlarında İslam Respublikasının Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq İsrailə hücum edə bilər.
***
Amerika Birləşmiş Ştatları hesab edir ki, İran aprelin 14-də səhər saatlarında İslam Respublikasının Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq İsrailə hücum edə bilər.
Bu barədə ABŞ administrasiyasının nümayəndəsi “Al Jazeera” telekanalına bildirib.
"İsrailə qarşı genişmiqyaslı hücum ehtimalından dərin narahatıq", - rəsmi deyib. O, qeyd edib ki, İranın sabah, bazar günü səhər tezdən İsrailə hücum edəcəyi ehtimalı yüksəkdir.
İsrailin Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri hazır vəziyyətə gətirilib, onlarla təyyarə səmada, ABŞ-la sıx koordinasiyadadır.
İsrailin Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari jurnalistlər üçün brifinqdə "bu həftə orduda vəziyyətin qiymətləndirildiyini və İran tərəfindən hücuma hazırlıq planlarının təsdiqləndiyini" deyib.
"İsrail hərbi hava qüvvələrinin müdafiə və hücum sistemləri hazır vəziyyətə gətirilib, göydə onlarla hazır təyyarə var. Strateji tərəfdaşlarımızla, ilk növbədə ABŞ-la vəziyyəti qiymətləndiririk və onlarla sıx koordinasiyanı dəstəkləyirik" - o, deyib.
12.04.24, 11:14
İsrail ordusu və Mossad İranın hücumuna cavab planlarını təsdiqləyib
İsrail Müdafiə Qüvvələri (IDF) və Mossad xarici kəşfiyyat xidməti ölkənin İran tərəfindən hücuma məruz qalacağı təqdirdə cavab planlarını təsdiqləyib. Bu barədə cümə günü RİA Novosti Ynet portalına istinadən məlumat yayıb.
Portal qeyd edir ki, İranın Dəməşqdəki konsulluğuna İsrailin aviazərbəsinə cavab verməklə bağlı Tehranın təhdidləri fonunda İsrail və ABŞ iki ölkənin silahlı qüvvələri arasında koordinasiyanı gücləndirib.
© iStock.com / Zeferliİsrail və İran bayraqları, arxiv
Флаги Израиля и Ирана  - Sputnik Azərbaycan, 1920, 12.04.2024
İsrail və İran bayraqları, arxiv
Cümə axşamı ABŞ-ın "Wall Street Journal" qəzeti vəziyyətlə tanış olan mənbəyə istinadən yazıb ki, İsrail yaxın 24-48 saat ərzində İrandan birbaşa hücuma hazırlaşır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0