ELM

Cəmi bir neçə gün: Avrasiyanın şimalında nadir astronomik hadisə müşahidə olunacaq

© AFP 2023 / Sergei Gapon Meteor yağışı, arxiv
Meteor yağışı, arxiv - Sputnik Azərbaycan, 1920, 14.04.2024
Abunə olmaq
Tam ay müşahidələrə mane ola bilər.
BAKI, 14 aprel — Sputnik. Rusiyanın Avropa hissəsinin sakinlərinə səmada nadir astronomik hadisənin müşahidə oluna biləcəyi tarixlər təqdim edilib.
Bu barədə "N şəhərində" portalı Nijni Novqorod planetariumunun məlumatına istinadən xəbər verib.
Söhbətin Lirida meteor yağışından getdiyi, Onun pik nöqtəsinin aprelin 22-də olacağı proqnozlaşdırılır. Aktivliyin saatda, təxminən 18 meteor olacağı dəqiqləşdirilir.
Fenomeni bir neçə gün - aprelin 16-dan aprelin 25-dək müşahidə etmək olar. Planetarium aydınlaşdırıb ki, tam ay buna mane ola bilər.
"Lirida" meteor yağışı ən qədimlərdən biri hesab olunur: o, hələ 2600 il əvvəl qeydə alınıb.
Onun son yüksək aktivliyi 1985-ci ildə müşahidə olunub və saatda 200 meteor təşkil edib.
Xəbər lenti
0