ELM

Amerikalılar Ayda tərəvəz əkəcəklər

 Ay, arxiv - Sputnik Azərbaycan, 1920, 13.04.2024
Abunə olmaq
NASA: "Artemida-3" missiyası astronavtları özləri ilə Aya istixana aparacaqlar.
BAKI, 13 aprel — Sputnik. 2026-cı ildə Aya eniş etməyi planlaşdıran astronavtlar eniş yerinin yaxınlığında bitkilər əkməyi planlaşdırırlar.
Bu barədə Rusiya mediası NASA agentliyinə istinadən xəbər verib.
NASA bu yaxınlarda təbii peykimizdə kənd təsərrüfatı işlərinə başlamaq niyyətində olduğunu açıqlayıb. "Artemida-3" (Artemis 3) missiyası çərçivəsində baş tutacaq eksperimentə LEAF (Lunar Effects on Agricultural Flora) - abreviatur tərcüməsində "Yarpaq" adı verilib.
Əlbəttə ki, heç kim açıq torpaqda heç bir şey əkməyəcək, bitkilər mini-istixanada yetişdiriləcək və inkişaf edəcək (əgər alınsa). Lakin istixananın özü açıq ərazidə yerləşəcək.
"LEAF eksperimenti kosmik radiasiya və qismən cazibə şəraitində bitkilərin fotosintezini, böyüməsini və stresə sistemli reaksiyalarını müşahidə etmək üçün ilk təcrübəsi olacaq", - NASA agentliyi qeyd edib.
Toplanan məlumatlara əsasən, alimlər ilk növbədə Ayda yetişdirilən bitkilərin yeməli olub-olmadığını başa düşməyi gözləyirlər. İnsanların hələ də təbii peykimizdə qurmağa hazırlaşdıqları uzunmüddətli yaşayış məskənlərinin həyat qabiliyyəti bu eksperimentdən çox asılıdır.
Xəbər lenti
0