DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Vaşinqton Kiyevə yardım müqabilində MTQ ixracını bərpa etməyə hazır deyil

© Sputnik / Ekaterina Shtukina / Mediabanka keçidMayeləşdirilmiş təbii qaz zavodu, arxiv şəkli
Mayeləşdirilmiş təbii qaz zavodu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.04.2024
Abunə olmaq
ABŞ Konqresinin Nümayəndələr Palatası aprelin ortalarından tez olmayaraq Kiyev rejiminə yeni yardım sorğusuna baxacaq.
BAKI, 12 aprel — Sputnik. Birləşmiş Ştatlar Prezident Co Baydenin yeni mayeləşdirilmiş təbii qaz (MTQ) ixrac müqavilələrini dayandırmaq qərarına yenidən baxmayacaq.
Bu sözləri Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
Bundan əvvəl internetdə ABŞ-ın Konqresin Ukraynaya yardım paketi ilə bağlı razılığa gəlməsi üçün belə bir addım atacağı ilə bağlı məlumatlar peyda olmuşdu. Bununla belə, məlumatlar reallığa uyğun gəlmir - Amerika lideri hələ də MTQ ixracı üçün əlavə lisenziyaların verilməsinin dayandırılmasının zəruri olduğuna əmindir.
"Bu, əhali üçün iqtisadi və iqlim nəticələrini qiymətləndirməkdən ötrüdür" - Jan-Pyer bildirib.
Bundan əlavə, o, bir daha ABŞ Konqresi qarşısında çıxış edərək qurumu Ukrayna tərəfinə Senat tərəfindən təsdiq edilmiş yardım paketini təsdiq etməyə çağırıb.
Daha əvvəl bildirilmişdi ki, ABŞ Konqresinin Nümayəndələr Palatası aprelin ortalarından tez olmayaraq Kiyev rejiminə yeni yardım sorğusuna baxacaq. Hazırda rəhbərlik respublikaçıların müxalifətini yumşaltmağın yollarını axtarır.
Xəbər lenti
0