CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah dəyişkən buludlu hava gözlənilir - Proqnoz

© Sputnik / Ilham MustafayevFərqli sivilizasiya və müasirliyin astanası - Xınalıqdan fotolent
Fərqli sivilizasiya və müasirliyin astanası - Xınalıqdan fotolent - Sputnik Azərbaycan, 1920, 12.04.2024
Abunə olmaq
Milli Hidrometeorologiya Xidməti Aprelin 13-nə gözlənilən hava barədə məlumat yayıb.
BAKI, 12 aprel - Sputnik. Aprelin 13-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0