DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Planetimizin atmosferi Cənubi Okeanın üzərində ən təmizdir

© AFP 2023 / JOHAN ORDONEZ Antarktida
 Antarktida - Sputnik Azərbaycan, 1920, 12.04.2024
Abunə olmaq
Antarktida üzərində təmiz havanın səbəbi təkcə orada insan fəaliyyətinin olmaması ilə deyil, həm də fitoplanktonların fəaliyyəti ilə bağlıdır.
BAKI, 12 aprel — Sputnik. Monaşa Universitetinin avstraliyalı alimləri Yer kürəsində ən təmiz havanın olduğu yeri müəyyən ediblər. Bu yerin Antarktidanı yuyan Cənubi Okeanın üstündəki boşluq olduğu ortaya çıxıb. Tədqiqat "Climate and Atmospheric Science" (CAS) jurnalında dərc olunub.
Peyk müşahidələrindən istifadə etməklə atmosferin təhlilinin göstərdiyi kimi, Antarktida üzərində təmiz havanın səbəbi təkcə orada insan fəaliyyətinin olmaması ilə deyil, həm də fitoplanktonların fəaliyyəti ilə bağlıdır.
Bundan əlavə, Cənub Okeanı, Yer kürəsinin yağıntıların çox tez-tez baş verdiyi ən buludlu yeri oldu. Güclü leysan və qar yağışları çirkləndirici aerozol hissəciklərini havadan yuyurlar.
Antarktida üzərindəki bulud örtüyü xüsusi hüceyrə quruluşuna malikdir. Hər bir belə hüceyrə dünyanın digər yerlərindəki buludlardan altı dəfə çox yağış yağdıra bilər.

"Yağış, paltaryuyan maşının paltarları təmizlədiyi kimi, göydən aerozolları yuyur. Soyuq cəbhəni keçəndən sonra hava təmiz olur", - ekspertlər qeyd ediblər.

Alimlər deyirlər ki, onların kəşfi yağışın toz və digər çirkləndiriciləri havadan necə təmizlədiyini daha yaxşı anlamağa kömək edəcək.
Əvvəllər tədqiqatçılar təmiz havanın ağır ağciyər infeksiyalarının artmasına kömək edə biləcəyini aşkar ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0