ELM

Alimlər Yer mantiyasında nəhəng okean aşkar ediblər

© NASA via APYerə mənzərə, arxiv
Yerə mənzərə, arxiv - Sputnik Azərbaycan, 1920, 11.04.2024
Abunə olmaq
Kəşf planetdəki su anbarlarının mənşəyinin nəzəriyyəsinə yeni nəzər salmağa məcbur edir.
BAKI, 11 aprel — Sputnik. Alimlər Yer mantiyasında nəhəng okean aşkar ediblər. O, təxminən 700 km dərinlikdə yerləşir.
O, ABŞ-da yerləşən seysmoqraflar vasitəsilə aşkar edilib. Bir çox zəlzələlərdən yaranan seysmik dalğaların sonrakı tədqiqatları yeraltı okeanın ölçüsünü göstərdi.
Onu bütün ABŞ ərazisində yerləşən seysmoqraflar vasitəsilə aşkar etmək mümkün olub. Sonralar bir çox zəlzələlərin seysmik dalğalarının öyrənilməsi yeraltı okeanın hansı ölçülərə malik olduğunu göstərdi.
Alimlər hesab edirlər ki, kəşf planetdəki su anbarlarının mənşəyinin nəzəriyyəsinə yeni nəzər salmağa məcbur edir.
İndi onlar düşünürlər ki, Yerdəki su anbarları Yerin hansısa göy cismi ilə toqquşması nəticəsində deyil, suyun dövranı nəticəsində yaranıb.
Yeni versiyaya görə, okeanlar Yerin səthinə planetin nüvəsindən qalxıb. Xüsusilə, bu versiya Şimal-Qərb Universitetinin alimləri tərəfindən irəli sürülüb. Onların fikrincə, yeni nəzəriyyə dünya okeanlarının parametrlərinin milyonlarla il ərzində nə üçün faktiki olaraq dəyişməz qaldığını izah edir.
Bundan əvvəl Çinin Şanxay Astronomiya Rəsədxanasının tədqiqatçıları belə qənaətə gəliblər ki, Yerin daxilində nəhəng anomaliya, təxminən 4,5 milyard il əvvəl başqa bir kosmik obyektlə toqquşma nəticəsində yarana bilərdi.
Xəbər lenti
0