DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan müxalifəti delimitasiya ilə bağlı referendumun keçirilməsini tələb edir

© virtualkarabakh.azErmənistan parlamenti
Ermənistan parlamenti - Sputnik Azərbaycan, 1920, 10.04.2024
Abunə olmaq
Mger Qriqoryan qeyd edib ki, yenidən sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycan tərəfli ilə görüşdə iştirak etməyə hazırdır.
BAKI, 10 aprel - Sputnik. Ermənistan müxalifəti delimitasiya prosesi ilə bağlı referendumun keçirilməsini tələb edir.
Sputnik Ermənistanın məlumatına görə, aprelin 9-da parlamentdə sərhədlərin delimitasiyası ilə bağlı qapalı iclas keçirilib. İclas kifayət qədər gərgin keçib. Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan baş nazir Nikol Paşinyanın təklif etdiyi tezisləri inadla müdafiə edərək xüsusilə fəallıq nümayiş etdirib.
"Aprelin 9-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsi ilə bağlı Ermənistan parlamentinin qapalı iclası kifayət qədər qızğın keçib və xarici işlər naziri Ararat Mirzoyan baş nazir Nikol Paşinyanın təklif etdiyi tezisləri inadla müdafiə edib” - nəşr yazıb.
Baş nazirin müavini Mger Qriqoryan isə daha konstruktiv olub. O qeyd edib ki, yenidən sərhədlərin delimitasiyası ilə bağlı qarşı tərəflə (yəni Azərbaycandan olan nümayəndələrlə - red.) görüşdə iştirak etməyə hazırdır.
Mirzoyan və Qriqoryanın cavablarından məlum olub ki, reallıqda Ermənistan hakimiyyəti sərhədlərin delimitasiyası ilə bağlı işlərin nə vaxt başlayacağı və hansı kartların əsas götürüləcəyi hələ dəqiq bilimir.
Ermənistan müxalifəti isə referendum olmadan delimitasiya prosesinin reallaşmasına qarşı çıxıb.
Parlament müxalifəti bəyan edib ki, 1993-cü il sentyabrın 24-də yaradılmış təmas xətti delimitasiya və demarkasiya üçün əsas götürülməlidir.
Bundan əlavə, müxalifət bəyan edib ki, heç bir halda heç bir ərazi referendum olmadan Azərbaycana verilməməlidir.
Qeyd edək ki, aprelin 9-da Ermənistan Milli Assambleyasında müxalifətin təşəbbüsü ilə sərhədin delimitasiyası və demarkasiyası məsələlərinə həsr olunmuş qapalı iclas keçirilib. Əsas çıxış edənlər xarici işlər naziri A.Mirzoyan və M.Qriqoryan olub.
Xəbər lenti
0