Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb: Şeyx xütbə oxuyub

© Sputnik / Murad OrujovПраздничный намаз в мечети Тезе Пир
Праздничный намаз в мечети Тезе Пир - Sputnik Azərbaycan, 1920, 10.04.2024
Abunə olmaq
Şeyxülislam Allahşükür Paşazadə xütbə zamanı deyib ki, bu il ilk dəfədir bayram namazı bütöv Azərbaycanda qılınır. Çünki Xankəndidəki şər yuvası, separatizm ocağı artıq məhv edilib.
BAKI, 10 aprel - Sputnik. Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə "Təzəpir" məscidində bayram namazı qılınıb.
Bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.
Şeyxülislam Hacı Allahşükür Paşazadə "Təzəpir" məscidində bayram namazı xütbəsi oxuyub.
"Builki Ramazan bayramı xüsusi əhəmiyyətə malikdir. Çünki Xankəndidəki şər yuvası, separatizm ocağı artıq məhv edilib" - Paşazadə deyib.
"Bu il ilk dəfədir ki, biz bayram namazını bütöv Azərbaycanda qılırıq. Biz buna görə şəhidlərimizə minnətdarıq. Allah bizə daim zəfər nəsib etsin" - o, əlavə edib.
***
Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb.
Namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayevin imamətliyi ilə Əjdərbəy məscidində qılınıb.
Qeyd edək ki, bayram namazı Təzəpir məscidində isə saat 09:00-da qılınacaq.
Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.
Xəbər lenti
0