Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov Si Cinpinlə görüşdü

© Sputnik / Алексей МайшевRusiyanın xarici işlər naziri Sergey Lavrov, arxiv
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, arxiv - Sputnik Azərbaycan, 1920, 09.04.2024
Abunə olmaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva və Pekin iki ölkə liderlərinin qarşıya qoyduğu yeni strateji vəzifələri həyata keçirməyə davam edəcək.
BAKI, 9 aprel — Sputnik. Çin prezidenti Si Cinpin Pekində səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib. Bundan əvvəl Lavrov Çinin xarici işlər naziri Van İ ilə görüşüb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva və Pekin iki ölkə liderlərinin qarşıya qoyduğu yeni strateji vəzifələri həyata keçirməyə davam edəcək.

"Bu illər ərzində və hər şeydən əvvəl rəhbərliyinizlə son onillikdə əldə etdiyiniz uğurlara görə ən yüksək heyranlığımızı bildirmək istərdik. Baxmayaraq ki, dünyada hamı bu münasibəti bölüşmür və hər yolla Rusiyanın inkişafı kimi Çinin inkişafının da qarşısını almağa çalışır", - deyə o, Si Cinpinlə görüşün əvvəlində bildirib.

Lavrov ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünün ləyaqətlə qeyd olunacağına əminliyini ifadə edib", - o qeyd edib.
Rusiyalı nazir Rusiya Prezidenti Vladimir Putinin salamlarını Çin Xalq Respublikasının sədrinə çatdıraraq qeyd edib ki, o, bu ilin martında keçiriləcək prezident seçkilərindən sonra gələn təbrik mesajını çox yüksək qiymətləndirir.

"Prezident Putinin yenidən seçilməsi münasibətlərimizin davamlılığına və bütün sahələrdə əlaqələrin yeni inkişafına diqqətin təmin olunmasına zəmanət verir. Biz liderlərimizin qarşıya qoyduğu yeni strateji vəzifələri həyata keçirməyə hazır olacağıq", - Lavrov vurğulayıb.

Si Cinpin açılış nitqində rusiyalı nazirdən prezident Putinə səmimi salamlar çatdırmağı xahiş edib. O qeyd edib ki, Lavrov təcrübəli diplomat və Çin xalqının çoxdankı dostudur və münasibətlərin inkişafında böyük işlər görüb.
Çin lideri vurğulayıb ki, Pekin və Moskva dinc yanaşı yaşamaq yolunu tutublar və ikitərəfli münasibətlərin mütərəqqi və davamlı inkişafı maraqları naminə qarşılıqlı faydalı əməkdaşlığa nail olmağa çalışırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0