NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Yaxın Şərqdə münaqişənin qızışması neftin qiymətinə necə təsir edəcək?

© AP Photo / Seth PerlmanNeft buruğu, arxiv
Neft buruğu, arxiv - Sputnik Azərbaycan, 1920, 22.04.2024
Abunə olmaq
Dünya bazarında neftin qiymətiləri aşağı düşüb, amma bu, müvəqqətidir.
BAKI, 22 aprel — Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşıb. Yaxın Şərqdə gərginliyin artması riski azaldıqca, qiymətlər aşağı düşüb.
"Brent" markalı neft 67 sent ucuzlaşaraq 86,62 dollar, ABŞ-nin Qərbi Texas nefti 63 sent azalaraq 82,51 dollar olub. Keçən həftənin sonunda Yaxın Şərqdə gərginliyin artacağı narahatlığı neft qiymətlərini 3 dollardan çox bahalaşdırmışdı.
Digər tərəfdən, ABŞ-də neft hasilatının son aylarda rekord həddə çatması digər istehsalçıların, xüsusən də Neft İxrac Edən Ölkələr Təşkilatının hasilatı azaltması ilə bağlı daha aşağı təklif gözləntilərini bir qədər kompensasiya edib.
Analitiklər hesab edirlər ki, Yaxın Şərqdə münaqişənin artması neft qiymətlərini 100 dollara qaldıra bilər. Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib ki, neftin qiymətinin müşahidə olunan artımı, digər məsələlərlə yanaşı, bazarın Yaxın Şərqdəki vəziyyətə reaksiyası ilə bağlıdır.
Bazarda tələb və təklif balansı məsələsinə toxunan Baş nazirinin müavini qeyd edib ki, hazırda balans məsələsində vəziyyət sabitdir.
Xatırladaq ki, keçən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 31 sent artaraq 88,82 dollar təşkil edib. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
08.04.24, 11:31
Dünya bazarında neft ucuzlaşıb
Dünya bazarınada ötən həftə qiyməti ötən ilin oktyabr ayından bəri ən yüksək həddə çatmış neft bu gün yenidən ucuzlaşıb.
Report xəbər verrir ki, bunu birjaların məlumatları göstərir.
Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 1,26 ABŞ dolları (1,38 %) aşağı düşüb və 1 barel üçün 89,91 ABŞ dolları təşkil edib.
Nyu-York əmtəə birjasında “WTI” markalı neftin may fyuçersləri 1,15 ABŞ dolları (1,32 %) ucuzlaşaraq 1 barel üçün 85,76 ABŞ dolları olub.
Xəbər lenti
0