DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tbilisidə atıcılıq mərkəzində partlayış: Ölənlərin sayı artıb - VİDEO

© Sputnik / Stringer / Mediabanka keçidTbilisiyə mənzərə
Tbilisiyə mənzərə - Sputnik Azərbaycan, 1920, 07.04.2024
Abunə olmaq
Sosial şəbəkələrdə yayılan görüntülərdə Boçormi küçəsindəki "Battleground" atıcılıq mərkəzinin yaxınlığında qara tüstü görünüb.
BAKI, 7 aprel - Sputnik. Tbilisinin Boçorma küçəsindəki (İsan rayonu) "Battleground" atış poliqonunda baş verən partlayış nəticəsində ölənlərin sayı üç nəfərə çatıb.
Sputnik Gürcüstan xəbər verir ki, bu barədə məlumatı mediaya Xeçinaşvili klinikasından veriblər.
Yaralananlardan ikisi Daxili İşlər Nazirliyinin, biri isə "Battleground" atıcılıq mərkəzinin əməkdaşlarıdır.
İstintaq “Elektrik və ya istilik enerjisi, qaz, neft və ya neft məhsulları obyektlərində təhlükəsizlik qaydalarının pozulması” maddəsi ilə aparılır. Cəza 6 ildən 10 ilə qədər həbsdir.
Qeyd edək ki, partlayışın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.
***
Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.
Zərərçəkən 4 nəfərdən biri klinikada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə nəticəsində üç nəfər ölüb, daha üçü isə yaralanıb.
***
Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində iki nəfər ölüb, dörd nəfər isə yaralanıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
12:37
Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində partlayış baş verib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Boçormi küçəsindəki "Battleground" atıcılıq mərkəzinin yaxınlığında qara tüstü görünüb.
Hadisə yerinə polis cəlb olunub. İlkin məlumatlara görə, yaralılar var (Report).
Xəbər lenti
0