DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransada narkobaron ovu: Merin evindən 70 kq çətənə çıxıb

© AFP 2023 / JEFF PACHOUDAvallon şəhərində polis, arxiv
Avallon şəhərində polis, arxiv - Sputnik Azərbaycan, 1920, 07.04.2024
Abunə olmaq
Hüquq-mühafizə orqanları daha əvvəl siyasətçinin qardaşının qadağan olunmuş maddələr satdığını müəyyən ediblər.
BAKI, 7 aprel - Sputnik. Fransanın Burqundiya əyalətinin Yonna departamentinin Avallon şəhərinin merinin ölkənin mərkəzi hissəsindəki evində ən azı 70 kiloqram çətənə tapılıb. Hazırda axtarışlar davam edir. Bu barədə BFMTV bazar günü jandarma mənbələrinə istinadən xəbər verib.
“Bazar günü, aprelin 7-də Avallon şəhərinin sosialist meri Camila Absaouinin evində ən azı 70 kiloqram çətənə aşkar edilib” - telekanalın açıqlamasında deyilir.
BFMTV xəbər verir ki, narkotiklər Fransanın bir neçə şəhərində əvvəllər başlanmış narkotiklərlə mübarizə əməliyyatlarından biri çərçivəsində merin evinin yardımçı tikilisində tapılıb. Hüquq-mühafizə orqanları daha əvvəl siyasətçinin qardaşının qadağan olunmuş maddələr satdığını müəyyən ediblər.
Bu həftə Fransa hakimiyyəti üç böyük şəhərdə - Tuluza, Strasburq və Nantda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üçün genişmiqyaslı əməliyyatlara başlayıb. Bundan əvvəl oxşar əməliyyatlar altı şəhərdə başlayıb: Paris və onun ətraflarında, Marsel, Lion, Lill, Klermon-Ferran və Dijonda. Hüquq-mühafizə orqanlarının əməkdaşları 1,7 mindən çox adamı həbs edib ki, bu da gözləniləndən iki dəfə çoxdur. Bundan əvvəl daxili işlər naziri Сerald Darmanen məlumat vermişdi ki, polis narkotik alverində iştirakda şübhəli bilinən 850 nəfəri saxlamaq niyyətindədir.
Fransa prezidenti Emmanuel Makron martın 19-da cinayətkar toqquşmaların sayının artması fonunda Marseldə narkotik ticarəti ilə mübarizə üçün “görünməmiş” əməliyyat elan edib.
Bundan əvvəl dövlət başçısı Daxili İşlər Nazirliyinin rəhbəri Darmanenə narkotik alverçilərinin cinayət sahələrini təmizləmək üçün hər həftə on əməliyyat keçirməyi tapşırıb.
Xəbər lenti
0