CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günlərində bölgələrə əlavə qatar reysləri təyin edilib

© Sputnik / Anar MustafayevQatarlar, arxiv
Qatarlar, arxiv - Sputnik Azərbaycan, 1920, 06.04.2024
Abunə olmaq
Bununla yanaşı, Bakı–Qəbələ–Bakı marşrutu üzrə 10-14 aprel tarixlərində sürətli sərnişin qatarı hər gün hərəkətdə olacaq.
BAKI, 6 aprel — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Ramazan bayramı ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq 10-14 aprel tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə əlavə reyslər təyin edib. Bu barədə ADY-dən məlumat verilib.
Məlumata görə, Bakı–Ağstafa–Bakı marşrutu üzrə oturacaq tipli sürət sərnişin qatarı 10 və 11 aprel tarixlərində saat 09:15-də Bakıdan Ağstafaya, əks istiqamətə isə saat 18:00-da, 12 aprel tarixində saat 09:15-də Bakıdan Ağstafaya, əks istiqamətə isə saat 15:00-da, 12 və 13 aprel tarixlərində saat 23:55-də Bakıdan Ağstafaya, əks istiqamətə isə 13 və 14 aprel tarixlərdə saat 15:00-da yola düşəcək.
Bununla yanaşı, Bakı–Qəbələ–Bakı marşrutu üzrə 10-14 aprel tarixlərində sürətli sərnişin qatarı hər gün hərəkətdə olacaq.
Bayram günlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0