CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycandan ən çox uçuşlar Rusiya istiqamətində olub

© Sputnik / Murad OrujovAZAL təyyarəsi
AZAL təyyarəsi - Sputnik Azərbaycan, 1920, 06.04.2024
Abunə olmaq
Qeyd olunan dövrdə Azərbaycandan Türkiyəyə 410, Böyük Ərəb Əmirliklərinə 240, Gürcüstan istiqamətində isə 147 uçuş həyata keçirilib.
BAKI, 6 aprel — Sputnik. Ötən ay Azərbaycandan ən çox uçuş Rusiya istiqamətində həyata keçirilib. APA-nın xəbərinə görə, ötən ay ölkədən Rusiyaya 524 uçuş həyata keçirilib. Qeyd olunan dövrdə Azərbaycandan Türkiyəyə 410, Böyük Ərəb Əmirliklərinə 240, Gürcüstan istiqamətində isə 147 uçuş həyata keçirilib.
Azərbaycandan ən az uçuş Misir, İsveçrə və İsrail istiqamətində olub. Belə ki, qeyd olunan dövrdə Azərbaycandan Misirə 6, İsveçrəyə 1, İsrailə isə 5 uçuş həyata keçirilib. Ötən ay Azərbaycandan Yunanıstana heç bir uçuş həyata keçirilməyib.
Xatırladaq ki, aprelin 3-dən Rusiyanın "IrAero" aviaşirkəti Çelyabinsk-Bakı-Çelyabinsk marşrutu üzrə uçuşlara başlayıb.
Sərnişinlər Çelyabinskdən Bakıya yerli vaxtla saat 18:00-da yola düşəcək və saat 20:00-da Azərbaycanın paytaxtına çatacaq. Uçuş müddəti 3 saatdır. Uçuşlar "Superjet 100" təyyarəsi ilə həyata keçiriləcək.
Qrafikə əsasən, təyyarə Bakıdan ertəsi gün saat 13:00-da Çelyabinskə qayıdacaq. Planlaşdırılan eniş vaxtı saat 16:50-dir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0