DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ və Çin danışıqlar aparmağa razılaşıblar

© AFP 2023 / WANG ZHAOABŞ və Çin bayraqları, arxiv
ABŞ və Çin bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 06.04.2024
Abunə olmaq
ABŞ tərəfinin verdiyi açıqlamaya görə, tərəflər Çinin sənaye strategiyası, xüsusən də Vaşinqtonun həddindən artıq ədalətsiz ticarət hesab etməsi ilə bağlı əlavə görüşlər keçirəcəklər.
BAKI, 6 aprel — Sputnik. ABŞ və Çin yeni iqtisadi qruplar yaratmaq və iki tərəf arasında münasibətləri çətinləşdirən iqtisadi məsələlər üzrə əlavə danışıqlar aparmaq barədə razılığa gəliblər. Bu barədə "Associated Press" agentliyi maliyyə naziri Canet Yellenin bəyanatına istinadən yazıb.
Agentlik qeyd edir ki, Yellenin Çinə rəsmi səfərinin ikinci günündən sonra ABŞ tərəfinin verdiyi açıqlamaya görə, tərəflər Çinin sənaye strategiyası, xüsusən də Vaşinqtonun həddindən artıq ədalətsiz ticarət hesab etməsi ilə bağlı əlavə görüşlər keçirəcəklər.

"Düşünürəm ki, Çin onların sənaye strategiyasının ABŞ üçün təsiri, ABŞ firmalarının rəqabətini çətinləşdirəcək, ixracatla bazarlarımızı doldurmaq ehtimalı ilə bağlı narahatlığımızı başa düşür. Bu məsələ bir günə və ya bir aya həll edilməyəcək. Amma düşünürəm ki, onlar bunun bizim üçün vacib məsələ olduğunu başa düşdülər", - Yellen Çin Baş nazirinin müavini He Lifen ilə görüşdən sonra jurnalistlərə bildirib.

Bundan əlavə, o, Çin və ABŞ-ın daxili və qlobal iqtisadi artım mövzuları, habelə çirkli pulların yuyulması problemi ilə məşğul olacaq iki yeni iqtisadi qrup yaradacağını söyləyib.
Çin mediasının məlumatına görə, Pekin ABŞ-ın məhdudlaşdırıcı ticarət və iqtisadi tədbirləri ilə bağlı narahatlığını da ifadə edib.
Aprelin 5 və 6-da Yellen Quançjouda He Lifen ilə danışıqlar aparıb və indi o, danışıqlar üçün Pekinə gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0