Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" və "Neftçi" amputant futbol komandalarının oyunu keçirilib

© Photo : AZƏRTAC“Qarabağ” və “Neftçi” amputant futbol komandalarının oyunu keçirilib
“Qarabağ” və “Neftçi” amputant futbol komandalarının oyunu keçirilib
 - Sputnik Azərbaycan, 1920, 05.04.2024
Abunə olmaq
Minadan zərərçəkənlərin cəmiyyətə reinteqrasiyası və futbol vasitəsilə mina təhlükəsinə dair maarifləndirmədə kütləviliyin təmin olunması böyük əhəmiyyət kəsb edir.
BAKI, 5 aprel — Sputnik. 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü qeyd etmək məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda "Qarabağ" və "Neftçi" amputant futbol komandalarının oyunu keçirilib.
© Photo : AZƏRTAC“Qarabağ” və “Neftçi” amputant futbol komandalarının oyunu keçirilib
“Qarabağ” və “Neftçi” amputant futbol komandalarının oyunu keçirilib
 - Sputnik Azərbaycan, 1920, 05.04.2024
“Qarabağ” və “Neftçi” amputant futbol komandalarının oyunu keçirilib
Mina partlayışları nəticəsində xəsarət almış amputant şəxslərdən ibarət futbol oyunlarının keçirilməsi minadan zərərçəkənlərin cəmiyyətə reinteqrasiyası və futbol vasitəsilə mina təhlükəsinə dair maarifləndirmədə kütləviliyin təmin olunması böyük əhəmiyyət kəsb edir.
© Photo : AZƏRTAC“Qarabağ” və “Neftçi” amputant futbol komandalarının oyunu keçirilib
“Qarabağ” və “Neftçi” amputant futbol komandalarının oyunu keçirilib
 - Sputnik Azərbaycan, 1920, 05.04.2024
“Qarabağ” və “Neftçi” amputant futbol komandalarının oyunu keçirilib
Xatırladaq ki, amputasiya olunmuş şəxslərdən ibarət Azərbaycan milli komandası Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə 2023-cü ildə Şotlandiyada keçirilən Millətlər Liqasında "D" divizionunu 2-ci pillədə tamamlayaraq 2024-cü ildə Fransada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Vətən müharibəsindən indiyədək 350 nəfər mina partlayışının qurbanı olub. 65 nəfəri həlak olub, 285 nəfər xəsarət alıb. Ümumilikdə, Ermənistanın mina terroru nəticəsində 1991-ci ildən bu günədək 3429 nəfər azərbaycanlı minadan zərər çəkib. Onların əksəriyyəti mülki şəxslərdir - 358 nəfəri uşaqlar və gənclər, 38 nəfəri isə qadınlardır.
Xəbər lenti
0