DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan Blinkenə Azərbaycanla sərhədlərin bölünməsi prosesinin müsbət getdiyini deyib

© Photo : X / Secretary Antony BlinkenEntoni Blinken və Nikol Paşinyan
Entoni Blinken və Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 28.04.2024
Abunə olmaq
Paşinyan deyib ki, Voskepar, Kirants və Berkaber kəndlərinin sakinlərinin narahatlığı anlaşılandır, lakin qaldırılan məsələlərin həlli üçün mümkün olan hər şey ediləcək.
BAKI, 28 aprel — Sputnik. Ermənistanın Baş тaziri Nikol Paşinyan və ABŞ-nin dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
Bu barədə Ermənistan liderinin mətbuat katibi məlumat yayıb.
Bildirilib ki, tərəflər aprelin 5-də Brüsseldə üçtərəfli görüşdə əldə olunmuş razılaşmaların icrasını, həmçinin İrəvan və Bakı arasında danışıqlar prosesini müzakirə ediblər.
Baş nazir Azərbaycanla sərhədin delimitasiyası prosesini müsbət qiymətləndirib, Voskepar, Kirants və Berkaber kəndlərinin sakinlərinin narahatlığının anlaşılan olduğunu, lakin qaldırılan məsələlərin həlli üçün mümkün olan hər şeyin ediləcəyini vurğulayıb.
Telefon danışığı zamanı qeyd olunub ki, Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin delimitasiyası Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yol açır.
05.04.24, 19:53
Blinken: ABŞ Ermənistana 65 milyon dollardan çox vəsait ayırmağı planlaşdırır
ABŞ Ermənistana 65 milyon dollardan çox yardım etməyi planlaşdırır. ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə jurnalistlərə bildirib.
"Biz 2023-cü maliyyə ili üçün büdcə vəsaitlərimizdən 65 milyon dollardan çox yardım etməyi planlaşdırırıq. Bu, iki il əvvəlkindən 50%-dən çoxdur", - Blinken bildirib.
Onun sözlərinə görə, ABŞ Ermənistanın hökumət qurumları və iqtisadiyyatı ilə bağlı tədbirlərə investisiya qoymaq niyyətindədir.
Qeyd edək ki, cümə günü Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə üçtərəfli görüş keçirilib.
Xəbər lenti
0