DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Brüsseldə kritik görüş: Türkiyə və ABŞ-ın xarici siyasət idarələri nəyə razılaşdı?

© AFP 2023 / ADEM ALTANHakan Fidan və Entoni Blinken
Hakan Fidan və Entoni Blinken - Sputnik Azərbaycan, 1920, 04.04.2024
Abunə olmaq
Türkiyə XİN-in başçısı Brüsseldə NATO xarici işlər nazirlərinin toplantısı çərçivəsində ABŞ-nin dövlət katibi Antoni Blinkenlə görüşüb.
BAKI, 4 aprel - Sputnik. Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə NATO xarici işlər nazirlərinin toplantısı çərçivəsində ABŞ-nin dövlət katibi Antoni Blinkenlə görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Onların hansı məsələləri müzakirə etdikləri hələ ki açıqlanmayıb. Türkiyə KİV-ləri diplomatik mənbələrə istinadla xarici siyasət idarələrinin rəhbərlərinin əsasən Yaxın Şərq, xüsusilə Qəzza zolağındakı vəziyyət, Ukraynadakı son durum, Cənubi Qafqazdakı proseslərlə bağlı müzakirələr aparacaqlarını, NATO-nun sözügedən regionlardakı gələcək addımlarını müəyyən edəcəklərini yazıb.
Bundan əvvəl Fidanla Blinken martın əvvələrində Vaşinqtonda görüşüblər. Həmin görüşdə Hakan Fidan Qəzzada vəziyyətin ağır olduğunu və günahsız insanların əzabını yüngülləşdirmək üçün təcili tədbirlər görülməsinin lazım olduğunu vurğulayıb.
Türkiyə XİN başçısı və onu müşayiət edən nümayəndə heyəti Vaşinqtonda Strateji Mexanizm toplantısı çərçivəsində Blinkenlə görüşüb.
Fidan bildirib ki, 2021-ci ildən bəri artıq yeddinci strateji görüşlərini keçirirlər. Onun sözlərinə görə, bu çərçivədə iki ölkə arasında təhlükəsizlik, regional əməkdaşlıq, regional məsələlər, ticarət və enerji kimi geniş spektrli məsələlər ətrafında danışıqlar aparılacaq.
Türkiyənin xarici işlər naziri deyib: “Qəzzada çətin vəziyyət bizdən bu məsələni təcili həll etməyi tələb edir. Beynəlxalq ictimaiyyət günahsız insanların əzabını dayandıra bilir. Qəzzada insanların humanitar yardıma ciddi ehtiyacı var”.
Nazir Fidan Qəzzada atəşkəsin təmin edilməsi və humanitar yardımların fasiləsiz verilməsi üçün ABŞ və digər ölkələrlə ciddi əməkdaşlığa ehtiyac olduğunu vurğulayıb.
Görüş zamanı Ukrayna və Qara dənizdə təhlükəsizlik kimi bir çox regional məsələlərin müzakirə olunacağını da əlavə edən Fidan, İsveçin üzvlüyündən sonra NATO-dakı mövcud vəziyyətin də müzakirə olunacağını bildirib.
Xəbər lenti
0