QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xocavənddə fəhlələri daşıyan mikroavtobus aşıb, 11 nəfər xəsarət alıb -FOTO

© Photo : APAXocavənddə fəhlələri daşıyan mikroavtobus aşıb
Xocavənddə fəhlələri daşıyan mikroavtobus aşıb - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Abunə olmaq
Müxtəlif növ bədən xəsarətləri alan 11 nəfərdən (7-si qadın cinsli, 4-ü kişi cinsli olmaqla) 5-nin vəziyyəti orta ağır, 6-nın vəziyyəti isə stabil qiymətləndirilir.
BAKI, 3 aprel — Sputnik. Xocavənd rayonunda baş verən yol qəzası ilə bağlı Bərdə rayon mərkəzi xəstəxanasına ümumilikdə 11 nəfər yerləşdirilib.
Mərkəzi Xəstəxanadan APA-ya bildirilib ki, baş verən hadisə ilə əlaqədar 11 (4- kişi cinsli, 7-i qadın cinsli) nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
TƏBİB-dən bildirilib ki, Xocavənd rayonunda baş verən qəza ilə əlaqədar 11 nəfərin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir.
Müxtəlif növ bədən xəsarətləri alan 11 nəfərdən (7-si qadın cinsli, 4-ü kişi cinsli olmaqla) 5-nin vəziyyəti orta ağır, 6-nın vəziyyəti isə stabil qiymətləndirilir.
Digər xəsarət alan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.
Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.
Mikroavtobus işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birinə məxsusdur və fəhlələri daşıyırmış.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0