Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya aviaşirkəti Çelyabinskdən Bakıya uçuşlara başlayır

© Sputnik / Илья Наймушин"IrAero" aviaşirkətinin təyyarəsi
IrAero aviaşirkətinin təyyarəsi - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Abunə olmaq
Rusiya KİV-ləri məlumat yayıb ki, reyslər hər həftənin çərşənbə günləri yerinə yetiriləcək.
BAKI, 3 aprel — Sputnik. Bu gündən Rusiyanın "IrAero" aviaşirkəti Çelyabinsk-Bakı-Çelyabinsk marşrutu üzrə uçuşlara başlayır. Rusiya KİV-ləri məlumat yayıb ki, reyslər hər həftənin çərşənbə günləri yerinə yetiriləcək.
Sərnişinlər Çelyabinskdən Bakıya yerli vaxtla saat 18:00-da yola düşəcək və saat 20:00-da Azərbaycanın paytaxtına çatacaq. Uçuş müddəti 3 saatdır. Uçuşlar "Superjet 100" təyyarəsi ilə həyata keçiriləcək.
Qrafikə əsasən, təyyarə Bakıdan ertəsi gün saat 13:00-da Çelyabinskə qayıdacaq. Planlaşdırılan eniş vaxtı saat 16:50-dir.

"Azərbaycan çox maraqlı istiqamətdir. COVID-19 pandemiyadan əvvəlki dövrdə Bakının dənizkənarı kurort olması səbəbindən bu uçuşlara tələbat var idi. Bundan əlavə, Azərbaycanda çox müxtəlif və maraqlı ekskursiya proqramları var və ölkə öz qastronomiyası ilə məşhurdur. Tələbatın olacağı başqa bir sahə sağlamlıq turizmidir, çünki Azərbaycanda çoxlu gözəl kurortlar var", - "Çelyabinsk Turizm Təşkilatları Assosiasiyası"nın prezidenti İnna Loboda qeyd edib.

KİV-lərin məlumatına əsasən, Rusiyanın federal turoperatorları artıq Çelyabinskdən yola düşməklə Azərbaycana paket turlar hazırlayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0