Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Naxçıvan istiqamətində atəşkəs pozuldu: Əməliyyatlara kimlər qoşula bilər?

© AFP 2023 / EMMANUEL DUNANDAzərbaycan hərçiləri
Azərbaycan hərçiləri - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Abunə olmaq
Politoloq Elşən Manafov isə deyir ki, rəsmi İrəvan Qərbdən aldığı təlimatlara uyğun olaraq Azərbaycanla həmsərhəd bölgələrdə eskalasiyanı gücləndirir.
BAKI, 3 aprel — Sputnik. Azərbaycan Ermənistan sərhədinin Naxçıvan istiqamətində atəşkəs pozuldu. Son günlər artan gərginlik fonunda belə bir insidentin yaşanması gözlənilməz olmadı. İndi həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində cavabı axtarılan sual "yeni müharibə olacaqmı"dır.
Naxçıvan istiqmaətində atəşkəsin pozulması ilk dəfə baş vermir. İndiki şəraitdə isə xsusi statusa malik oaln Naxçıvana qarşı hərbi təcavüz bu prosəsə digər dövlətlərin müdaxilə etməsinə səbəb ola bilər. Naxçıvanın təhlükəsizliyi ilə bağlı Rusiya və Türkiyə arasında imzalanmış müqavilə var. Məhz bu müqavilə Naxçıvanın təhlükəsizliyi ilə bağlı əsas təminatlardan biri hesab olunur.
Bəs Naxçıvan istiqamətində hərbi əməliyyatlar başlasa bunun iştirakçısı kimlər olacaq?
Mövzu ilə bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov və politoloq Elşən Manafov Sputnik Azərbaycan-a fikirlərini bölüşüblər.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, baş verənlər Ermənistanın növbəti təxribatlarıdır: "Paşinyanın məqsədi budur ki, 5 apreldə baş tutacaq görüşdə Azərbaycan və Rusiyanın təzyiqi altında olduğunu dünyaya göstərsin. Mən isə bunu oyun hesab edirəm. Çünki Paşinyan Rusiyadan uzaqlaşmaq istəmir və belə bir görüntü yaratmağa çalışır. Ermənistan Baş naziri “Zvornots” aeroportundakı Rusiya hərbçilərinin çıxaırılmasından danışır, ancaq sərhədlərini qoruyan Rusiya sərhəd xidməti haqqında heç nə demir. Təəccüblü odur ki, Paşinyanın bu yalanlarında ona kömək edilir. Ermənistan baş nazirinin məqsədi hansısa yollarla Qərbdən maliyyə yardımı almağa çalışır".
© Photo : Courtesy of Tofiq ZulfygarovTofiq Zülfüqarov
Tofiq Zülfüqarov - Azərbaycanın Latviyadakı sabiq səfiri  - Sputnik Azərbaycan, 1920, 02.04.2024
Tofiq Zülfüqarov
Siyasətçi deyir ki, Qərb də öz mövqeyindən uzaqlaşıb: "Əvvəl deyirdilər ki, Rusiya Ermənistandan çıxmasa heç bir yardım verməyəcəklər. İndi isə görürük ki, Azərbaycan və Türkiyə amilini təhlükə kimi qələmə verib, Ermənistnaı müdafiə etməyə çalışırlar. Mən hesab edirəm ki, bu hərbi təxribatlar da Paşinyanın qurduğu oyunun bir parçasıdır".
Tofiq Zülfüqarov deyir ki, Naxçıvanın statusu həm Türkiyə, həm də Rusiya tərəfindən təsbit edilib və dəstəklənir: "Türkiyə bu öhdəlikləri ilə bərabər NATO-nun üzvüdür. Yəni, bu öhədliklər həm də NATO-ya şamil olunur. Burada Naxçıvanın statusu ilə bağlı onlar ən azından hüquqi məsuliyyət daşımalıdırlar. Biz görürük ki, geopolitik oyun gedir. Bu oyunda iştirakçı regiondan kənar ölkələr öz məqsədlərinə nail olmaq istəyir. Ona görə də Naxçıvanın təhlükəsizliyi ilk növbədə Azərbaycan orudusu və onun hərbi müttəfiqi Türkiyənin üzərinə düşür. Hazırkı şəraitdə qüvvələrin nisbəti birmənalı olaraq Azərbaycanın xeyrinədir. Bunu Ermənistan və havadarları yaxşı başa düşür və məqsədləri görüntü yaratmaqdır. Hansısa təxribat törədib dünyaya hay-haray salmaq Ermənistanın köhnə taktikasıdır".
"Qərb Ermənistana yardım etmək üçün bəhanələr yaradır. Makron istəyir ki, Ukrayna üçün yaradılan yardım fondundan Ermənistana da pay versin. Amma bu gün Makrondan başqa Ermənistanı Avropada yada salan yoxdur", - siyasətçi bildirib.
Politoloq Elşən Manafov isə deyir ki, rəsmi İrəvan Qərbdən aldığı təlimatlara uyğun olaraq Azərbaycanla həmsərhəd bölgələrdə eskalasiyanı gücləndirir:
"Ermənistanın Naxçıvan istiqamətində sərhədə qoşun yığması bir daha onun sülh danışıqlari ilə bağlı məsələlərə qeyri konstuktiv mövqeyinin göstəricisidir. Bu istiqamətdə gərginliyi artırmağa çalışan rəsmi İrəvan Bakını təxribata cəlb etmək, baş verə biləcək sərhəd toqquşmalarına görə məsuliyyəti qarşı tərəfin üstünə atmaqla Brüsseldə ABŞ və Avropa Birliyi rəsmiləri ilə keçiriləcək görüşə əli boş getmək istəmir. Qərblə hərbi texniki sahədə atılacaq addımlarını rəsmi İrəvan Azərbaycanın onu təhdid etməsi barədə gerçəklikdən uzaq məlumatlara istinadən atacağını izah etməyə çalışacaq".
Politoloq Elşən Manafov - Sputnik Azərbaycan, 1920, 02.04.2024
Politoloq Elşən Manafov
Politoloq bildirir ki, istisna deyil ki, bu təxribat indiki şəraitdə Ankaranın özünü necə aparacağına hesablanıb:
"Azərbaycan və Türkiyə arasında 2021-ci ilin 15 iyununda imzalanmış Şuşa bəyannaməsinə əsasən Naxçıvana təhlükənin yaranacağı təqdirdə Türkiyə müttəfiqi olan Azərbaycanla onun təhlükəsizliyinin təmin olunması üçün zəruri olan bütün addımları atacaq. Şuşa bəyannaməsinin 1921 ci ilin13 oktyabr Qars müqaviləsinə istinadən imzalanması nəzərə alınarsa burada Türkiyə, Azərbaycanla yanaşı başlana biləcək hərbi əməliyyatların iştirakçısı ola bilər".
"Ermənistanin KTMT-də fəaliyyətini dondurduğu, habelə açıq-aşkar Qərbə uz tutduğu şəraitdə Rusiya, habelə KTMT-nin onu müdafiə etmək üçün hər hansı addımlar atmayayacaqlarını demək olar. Türkiyənin Naxçıvanın müdafiəsi üçün atacağı addımlar isə NATO nun münaqişəyə qoşulacağı da deyil, zira Turkiyə NATO üzvü olmasına baxmayaraq, Şimal alyansının üzvü yalniz o zaman alyans tərəfindən müdafiə olunur ki, onun ərazisi təcavüzə məruz qalsın", – politoloq bildirib.
Xəbər lenti
0