Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva İrəvan və Bakını üçtərəfli dialoq mexanizmlərini bərpa etməyə çağırır - Zaxarova

© Sputnik / Наталья СеливерстоваRusiya XİN, arxiv
Rusiya XİN, arxiv - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Abunə olmaq
Rusiya XİN rəsmisi bildirir ki, Bakı ilə İrəvan arasında bütün ərazi mübahisələri və iddiaları Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində müstəsna olaraq siyasi və diplomatik üsullarla həll edilməlidir.
BAKI, 3 aprel — Sputnik. Rusiya Ermənistan və Azərbaycanı üçtərəfli dialoq mexanizmlərinin işini bərpa etməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Biz hesab edirik ki, Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli mexanizmlərinin ritmik işini bərpa etməyin vaxtı çoxdan çatıb. Biz tərəfdaşlarımızı Rusiyanın yardımı ilə sərhədlərin delimitasiyası, regionda nəqliyyat və logistika marşrutlarının bərpası və sülh müqaviləsinin hazırlanması da daxil olmaqla ən çətin məsələlərin effektiv həlli yollarının axtarışı üçün siyasi iradə nümayiş etdirməyə və daxili formatlarda effektivliyini sübut edən təmasları bərpa etməyə çağırırıq", Zaxarova deyib.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında bütün ərazi mübahisələri və iddiaları Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində müstəsna olaraq siyasi və diplomatik üsullarla həll edilməlidir.

"Biz öz tərəfimizdən buna hər cür kömək göstərməyə hazırıq. Bir tərəfdən güzəştlər, digər tərəfdən təhdidlər irəli sürməklə məşğul olan Avropa İttifaqı və ABŞ-dan fərqli olaraq, biz həmişə dünyada davamlı sülh və rifahın bərqərar olması maraqları naminə mövcud fikir ayrılıqlarının hərtərəfli, kompromislə həllinin tərəfdarı olmuşuq. Bizim təklifimiz danışıqlar masasında qalır", - o əlavə edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0