Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Mişustin Bexterev xəstəliyi üçün dünyada ilk dərmanın Rusiyada yaradıldığını elan edib

© Sputnik / Севда БабаеваАюрведа – здоровая и гармоничная жизнь
Аюрведа – здоровая и гармоничная жизнь - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Abunə olmaq
Bu xəstəlik üçün dərman hazırlayan rusiyalı preparatı öz üzərində sınaqdan keçirib.
BAKI, 3 aprel — Sputnik. Rusiya alimləri əvvəllər sağalmaz hesab edilən Behterev xəstəliyinin (ankilozlaşdırıcı spondiloartrit) dünyada müalicəsi üçün ilk dərmanının üzərində araşdırmaları tamamlayıblar. Bu barədə "RİA Novosti" Rusiyanın Baş naziri Mixail Mişustin sözlərinə istinadən xəbər verib.

"Dünyanın hər yerindən olan alimlər bu xəstəliyin inkişafını necə dayandırmaq üçün mübarizə aparıblar. Rusiyalı novatorlar isə on minlərlə insana kömək edə biləcək preparatı yaratmağa müvəffəq olublar. Biz əldə etdiyimiz belə uğurlarla fəxr edirik" - Mişustin Dövlət Dumasında hökumətin 2023-cü il üçün gördüyü işlər haqqında hesabatla çıxışı zamanı deyib.

Behterev xəstəliyi - ağrılı, fəqərə qırılmasına və osteoparoza səbəb olan ağır degenerativ xəstəlikdir. Əsasən onurğanı əhatə etsə də, oynaq və bağlara, bəzən hətta göz, ağciyər, bağırsaq və ürəyə də təsir göstərir.
Ötən il məlum olub ki, N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin və "BIOCAD" biotexnoloji şirkətinin rusiyalı alimlər qrupu Bexterev xəstəliyin inkişafını dayandıra bilən yeni nəsil dərman yaradıblar. Preparatın effektivliyi ilə bağlı araşdırmanın nəticələri nüfuzlu "Nature Medicine" jurnalı tərəfindən dərc edilib.
Bu yaxınlarda Bexterev xəstəliyi üçün dərman hazırlayan rusiyalı preparatı öz üzərində sınaqdan keçirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0