Возгорание в концертном зале Крокус Сити Холл в Москве, где произошла стрельба - Sputnik Azərbaycan, 1920, 23.03.2024
"Crocus City"də terror aktı
Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib.

Krokusda terror aktının izləri Ukrayna xüsusi xidmət orqanlarına gedib çıxır - Patruşev

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidRusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev  - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Abunə olmaq
Rusiya Təhlükəsizlik Şurasının katibi deyib ki, Moskva yaxınlığındakı "Krokus Siti Holl"da törədilən terror aktının izləri bizi Ukrayna xüsusi xidmət orqanlarına gedib çıxır, lakin hamıya məlumdur ki, Kiyev rejimi tamamilə ABŞ-ın nəzarətindədir.
BAKI, 3 aprel — Sputnik. Ukrayna hərbçiləri və NATO artıq döyüş meydanında heç nə edə bilmir və düşmən gücsüzlüyündən getdikcə daha çox terror üsullarına əl atır.
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Astanada keçirilən ŞƏT-ə üzv dövlətlərin təhlükəsizlik şuraları 19-cu illik toplantısında çıxışı zamanı deyib.
Rusiya Təhlükəsizlik Şurasının katibi deyib ki, Moskva yaxınlığındakı "Crocus City Hall"da törədilən terror aktının izləri bizi Ukrayna xüsusi xidmət orqanlarına aparır, lakin hamıya məlumdur ki, Kiyev rejimi tamamilə ABŞ-ın nəzarətindədir.

"Onlar bizə sırımağa çalışırlar ki, terror aktını Kiyev rejimi deyil, radikal islam ideologiyasının tərəfdarları, ola bilsin ki, *İŞİD-in (Rusiya Federasiyasında qadağan olunmuş beynəlxalq terror təşkilatı) Əfqanıstan qolunun üzvləri törədiblər. Lakin bu dəhşətli cinayətin sifarişçisi və sponsorunun kim olduğunu tez bir zamanda müəyyən etmək daha vacibdir. Onun izləri Ukrayna xüsusi xidmət orqanlarına aparır. Amma hamı bilir ki, Kiyev rejimi müstəqil deyil və tamamilə ABŞ-ın nəzarətindədir. Onu da nəzərə almaq lazımdır ki, *İŞİD, *Əl-Qaidə (Rusiya Federasiyasında da qadağandır) və digər terror təşkilatları Vaşinqton tərəfindən yaradılıb", - Patruşev bildirib.

Patruşev xatırladıb ki, bu kütləvi qətliyamı törədən cinayətkarlar, eləcə də onların ortaqları Ukrayna tərəfinə keçməyə cəhd edərkən həbs ediliblər.
Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin təhlükəsizlik şuraları katiblərinin iclası keçirilir.
İclasda Rusiya nümayəndə heyətinə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev başçılıq edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0