CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Güclü küləklə bağlı yol polisi sürücülərə müraciət edib

© Sputnik / Rahim MuradovDYP avtomobili, arxiv
DYP avtomobili, arxiv - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Abunə olmaq
Müraciətdə deyilir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 4-də ölkə ərazisində hava şəraitinin güclü küləklə müşayət olunan kəskin dəyişməsi gözlənilir.
BAKI, 3 aprel — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.
Müraciətdə deyilir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 4-də ölkə ərazisində hava şəraitinin güclü küləklə müşayət olunan kəskin dəyişməsi gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edərək nəqliyyat vasitələrini sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı tövsiyə edir.

"Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməli, hərəkət sürətini hava şəraitinə uyğun seçməli, açıq ərazilərdə sürəti azaltmalı, qəfil manevr və ya kəskin tormazlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan çəkinməlidirlər", - açıqlamada deyilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0