NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Bu gün beş rayonun və paytaxtın bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

© AFP 2023 / DANIEL ROLANDQaz plitəsi
Qaz plitəsi - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Abunə olmaq
Bu gün paytaxtın bir sıra rayonlarının bəzi ərazilərinin qaz təchizatında da müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
BAKI, 3 aprel — Sputnik. Bu gün İsmayıllı, Şəki, Ağdaş, Saatlı və Bərdə rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, İsmayıllı rayonunda orta təzyiqli yeraltı qaz xətlərində və Qaz Paylayıcı Stansiyalarda, Ağdaş şəhərinin V.Hacıyev, M.Füzuli və İstiqlal küçələrində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi, Ağdaş rayonunun Aşağı Qəsil və Aralbir kəndlərində yeni çəkilmiş qaz xəttinin üzərinə sayğacların köçürülməsi, Şəki rayonunun Kiş kəndində qaz xəttinin yerinin dəyişdirilməsi, Saatlı rayonunun Qazanbatan, Əbilkənd, Genişkənd kəndlərində, Bərdə şəhərinin N.Nərimanov, C.Məmmədquluzadə küçələrində təmir-quraşdırma işlərinin görülməsi məqsədilə aprelin 3-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə İsmayıllı rayonunun, Şəki rayonunun Kiş kəndinin, Ağdaş rayonunun Aşağı Qəsil və Aralbir kəndlərinin və rayon mərkəzinin V.Hacıyev, M. Füzuli və İstiqlal küçələrinin, Saatlı rayonunun Qazanbatan, Əbilkənd və Genişkənd kəndlərinin və Bərdə şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Paytaxtın bəzi əraziləri qazsız qalacaq
Qeyd edək ki, bu gün paytaxtın bir sıra rayonlarının bəzi ərazilərinin qaz təchizatında da müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, "Şıxov QPS qolu" yüksək təzyiqli qaz kəmərinin yeraltı hissəsində, Nizami rayonu, Şərifli 2425-ci məhəllə ünvanında və Suraxanı rayonu, Hövsan qəsəbəsində qaz sızmalarının ləğv edilməsi, Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində COP-29 tədbiri ilə əlaqədar qaz xətlərinin təmiri, Sabunçu və Binə qəsəbələrində siyirtmələrin quraşdırılması, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində və Hövsan Südçülük Sovxozunda qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə aprelin 3-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Qaradağ (Lökbatan qəsəbəsi, Cənub qapısı yaşayış kompleksi), Nizami (İ.Məmmədov, Q.Qarayev, E.Süleymanov, R.Rüstəmov, C.Naxçıvanski küçələri), Sabunçu (Pirşağı qəsəbəsinin və Sabunçu qəsəbəsinin Akkord MTK yaşayış kompleksi, Aydınbəyov, Y.Əliyev küçələri), Suraxanı (Hövsan qəsəbəsinin Bağça, Məktəbli, Zeytun sovxozu ərazisi və İ.Məmməmdov, M.Ş.Vazeh və A.Qılmanov küçələri) və Xəzər (Hövsan Südçülük Sovxozu, Mərdəkan qəsəbəsi, Binə qəsəbəsinin Binə Sovxoz ərazisi) rayonlarının kiçik hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0