CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş Prokurorluqdan Əhmədlə bağlı daha bir açıqlama

© Sputnik / Anar MustafayevBalta, arxiv şəkli
Balta, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Abunə olmaq
Əhməd Əhmədovun vəkili Sevdiyar Bayramov da müdafiə etdiyi şəxsin belə bir ifadə vermədiyini söyləyib
BAKI, 3 aprel - Sputnik. Baş Prokurorluq 5 nəfər ailə üzvünü qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədovun mediada yayılmış ifadəsi ilə bağlı açıqlama yayıb. Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, yayılan ifadə həqiqətə uyğun deyil:

“Bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun guya məhkəmədə verdiyi ifadənin detalları yayımlanıb. İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur. Qeyd olunan “ifadə”nin məzmunu Əhməd Əhmədovun ibtidai istintaqı aparan Xətai rayon prokurorluğunda dindirilərkən, eləcə də məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılan zaman məhkəmə iclasında verdiyi ifadə ilə eynilik təşkil etmir”.

Baş Prokurorluq dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edib.
Sputnik Azərbaycan-a açıqlamasında Əhməd Əhmədovun vəkili Sevdiyar Bayramov da müdafiə etdiyi şəxsin belə bir ifadə vermədiyini söyləyib. O, Əhmədin vəziyyəti ilə bağlı heç bir məlumat vermək istəmədiyini söyləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
5 nəfəri qətlə yetirən - Sputnik Azərbaycan, 1920, 08.04.2024
CƏMİYYƏT
Ailəsinin 5 üzvünü amansızcasına qətlə yetirən Əhmədlə bağlı yeni xəbər var
Xəbər lenti
0