Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

2023-cü ildə Azərbaycana birbaşa xarici investisiya qoyan ilk 5 ölkə

Abunə olmaq
Rusiya 2023-cü ildə Azərbaycan iqtisadiyyatına 617 milyon dollar sərmayə qoyub. Birbaşa xarici investisiyalar haqqında daha ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Ötən ildə Azərbaycan iqtisadiyyatına 6,7 milyard dollar birbaşa xarici investisiya yatırılıb. Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatına görə, respublika iqtisadiyyatında birbaşa xarici investisiyalar üzrə ilk beşliyə respublikaya 1,9 milyard dollar sərmayə yatıran İngiltərə rəhbərlik edir.
Bundan əlavə, Türkiyə Azərbaycan iqtisadiyyatına 1,3 milyard dollar, Kipr 792 milyon dollar, Rusiya 617 milyon dollar, İran isə 396 milyon dollar sərmayə qoyub.
Eyni zamanda qeyd etmək lazımdır ki, 2023-cü ildə Azərbaycandan xarici ölkələrə birbaşa investisiyaların həcmi 3,1 milyard dollar təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0